Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi

Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdiPrezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələrin həllində həlledici amildir. Ölkəmizin liderinin mövzuya dair səsləndirdiyi müstəsna fikirlər var və onlara nəzər salacağıq.
Əvvəla onu deyək ki, ikili standartlar beynəlxalq siyasətdən tam şəkildə aradan qaldırılacağı təqdirdə müharibələrin dayandırılmasında və münaqişələrin həllində mühüm vasitə olacaq. Prezident İlham Əliyevin vurğuladığı budur. Lakin indiki durumda problemlərin həllinin Azərbaycan nümunəsi var. Bu nümunə ədalətsizliklərlə barışmamağa əsaslandığı kimi, dövlətimizin başçısının təbirincə desək, ikili standartlar siyasətinə münasibətdə də sıfır tolerantlıq mövqeyini rəhbər tutur. Yəni, Prezident İlham Əliyev məhz bu mövqeni vacib sayır.
Xalqımız uzun illər imperiya boyunduğunda yaşamaq məcburiyyətində qalıb. Əvvəl Çarizmin müstəmləkəçiliyi, sonra rus imperializminin yenidən zühuru olan SSRİ totalitarizmi ilə baş-başa qalmışıq. 200 ildən çox davam etmiş bu mərhələdə faciələr, məşəqqət və məhrumiyyətlər görmüşük. Ana dilimizə, mədəniyyətimizə, milli mənlik şüurumuza, adət-ənənələrimizə yad münasibətin müxtəlif təzahür formalarına, bizi dəyərlərimizdən perik salmaq cəhdlərinə şahidlik etmişik. Üstəlik, ərazilərimizə açıq və qapalı qəsdlər reallaşdırılıb, əzəli yurd yerlərimizdən didərgin duruma salınmışıq.
Lakin bütün bunlar müstəqil dövlətə sahiblənmək arzularımızı sıradan çıxara bilməyib. Xalqımız özündə təpər taparaq, mənfi meyillərə sinə gərməyi bacarıb, özünün dövlət müstəqilliyinə qovuşub. Əlbəttə, Qarabağ münaqişəsinin timsalında, müstəqil yaşamaq əzmimizin, bir növ, cəzasını da çəkmişik. Havadarlarına arxalanan Ermənistanın otuz ildən çox davam etmiş işğalı ilə üzləşmiş, təcavüzün fəsadlarını aradan qaldırmaq istiqamətində çalışmışıq. Nəhayət, yenilməzliyimiz, iradəmiz sayəsində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmiş, torpaq bütünlüyümüzə qovuşmağın sevincini yaşamışıq.
Azərbaycan xalqı bu böyük sevinci, onun verdiyi qürur və fəxarət hissini öz müdrikliyi sayəsində qazanıb. Xalqımız müdrik olub ki, 1993-cü ildə dövlət müstəqilliyini itirmək təhlükəsi yaşananda Ulu öndər Heydər Əliyevi rəhbərliyə qaytarıb. Heydər Əliyev yolu Azərbaycanı inkişafa və sabitliyə, insanlarımızı firavanlığa və rifaha aparıb. Məhz Ulu öndərin səriştəli idarəçiliyi itirilmiş dövlətçilik ənənələrimizin, sözün həqiqi mənasında, bərpasında həlledici əhəmiyyət daşıyıb. Heydər Əliyev şəxsiyyəti cəmiyyətə inam aşılayıb. Torpaqlarımızın işğaldan qurtulacağının inamını. İnamımız Ümummilli liderin çoxşaxəli, müfəssəl struktura malik daxili və xarici siyasət kursundan qaynaqlanıb.
Bu gün Azərbaycan cəmiyyəti ikili standartlar siyasətinə münasibətdə dözümsüzdür. Dözümsüzlük immunitet qazancımızdır. İmmunitetimiz isə dövlətçiliyimiz üçün gələcək yaşam təminatıdır. Söhbət əbədiyyat təminatından gedir. Azərbaycan dünyaya belə bir sarsılmazlığın nümunəsidir. Ədalətə öz gücü və qüdrəti ilə çatmanın, ikili standartlara meydan oxumanın nümunəsi.
Prezident İlham Əliyev bənzərsiz və təkrarsız Azərbaycan nümunəsini yaratdığı üçün dünyadakı ədalətsizlik meyillərinə qarşı cəbhə açmaq haqqına malikdir. Yəni, layiqli yaşamın Azərbaycan nümunəsi olduğu kimi, beynəlxalq miqyasda vüsət almış ikili standartlar siyasəti və onun təzahür formalarına qarşı dirənişin də Azərbaycan örnəyi var. O örnək ki, özündə hərbi güclə yanaşı, "yumşaq güc"ün elementlərini daşımaqdadır. Ölkəmizdə keçirilən mötəbər toplantılar, həmçinin Azərbaycan dövləti tərəfindən beynəxlalq miqyasda həyata keçirilən nəhəng təşəbbüslər fikrimizin sübutudur.
Müasir müstəqillik illərində üzərimizdə heç bir mənəvi haqqı olmayanları, öz gözlərində tiri görməyib gözümüzdə çöp axtaranları az görməmişik. Belələrinin minnət qoyurmuş kimi əndazəsizlikləri də diqqətimizdən yayınmayıb. Əlbəttə, onlar layiqli cavablarını alıblar. Amma Azərbaycan dövləti üçün prioritet heç də təkcə yerlərini bilməyənlərə yerlərinə göstərmək olmayıb. Prezident İlham Əliyevin təbirincə desək, öz işimizə, öz məsuliyyətlərimizə diqqət yetirirmişik: "Digər ölkələrdə baş verənlər həmin ölkələrin xalqlarına aid məsələdir. Bu, bizim işimiz deyil".
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan beynəlxalq aləmdən özünə qarşı layiqli münasibəti gözləyir və istəyinə nail olur. "Bizə qarşı istənilən hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr müqavimətimizlə qarşılanıb və bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq", - deyən dövlətimizin başçısının bu fikirlərlə də diqqəti dünyanı cənginə almış ikili standartlar siyasətinin mühüm elementlərinə çəkdiyi aydındır. Qeyd edək ki, Prezident İlham Əliyevin beynəlxalq miqyasda müstəqil dövlətləri öz yollarından döndərmək üçün çeşidli siyasi texnologiyalardan istifadə olunduğuna dair çoxsaylı fikirləri var. O fikirlər ki, cəmiyyətimiz onlara yüksək həssaslıqla yanaşır və müstəqil dövlətçilik naminə mübarizə əzmini gücləndirir. Heç şübhəsiz, ölkəmizin liderinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında dilə gətirdiyi fikirlər də bu mənada böyük əhəmiyyət daşıyacaq, müstəqil və suveren Azərbaycan naminə dirəniş tariximizə düşəcəkdir.

Həbib Məmmədov - müharibə veteranı, polkovnik


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 263   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərini əhat

28 oktyabr
.

ABŞ-sız Avropa Ukraynanı qoruya biləcəkmi?

Avropa ölkələri Ukraynaya maliyyə və hərbi dəstəyi artırsa da, ABŞ-ın iştirakı olmadan Kiyevin müdafiəsini təmin etmək ciddi çətinliklər yaradır. Xüsusilə kəşfiyyat məlumatları, peyk rabitəsi və Rusiya raketlərini zərərsizləşdirmək üçün istifadə olunan hava hücumundan müdafiə sistemləri sahəsində Avropanı

27 oktyabr
.

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

Hər bir xalqın tarixi inkişafını səciyyələndirən mühüm amillərdən biri onun müxtəliflik daxilində bütövlüyünü qorumaq, tarixi yaddaşını ümumi milli mənafe ilə uzlaşdırmaq və cəmiyyətin gələcəyini vahid ideya ətrafında qurmaq qabiliyyətidir. Bu baxımdan milli ideologiya sadəcə keçmişin mənəvi dəyərlə

28 oktyabr
.

İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

"Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı deyib ki, xüsusilə bağlantılar baxımından həmin məsəl

27 oktyabr
.

Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"

"İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı. AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

27 oktyabr
.

Forumda prezidentin çıxışı olduqca mühüm hadisədir

Azərbaycan AQEM-in Zirvə Görüşünün ardınca növbəti nüfuzlu beynəlxalq tədbirə - Vll Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Bu cür mötəbər platformalar qlobal gündəliyin aparıcı mövzularının açıq müzakirəsinə imkan yaratmaqla yanaşı, ölkəmizin rəsmi mövqeyinin və təhlükəsizli

28 oktyabr
.

Hikmət Hacıyevdən sülhlə bağlı çağırış

"Regionumuzda sülh gündəliyinə qarşı yönələn, onu pozmağa və zəiflətməyə çalışılan tendensiyalarda köhnə narrativlər yenidən gündəmə gətirilir və prosesin əleyhinə mübarizə vasitəsinə çevrilir". xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasə

26 oktyabr
.

Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik modeli

Müasir dünyanın qarşısında dayanan ən mürəkkəb məsələlərdən biri fərqli mədəniyyətlərə, dinlərə və dünyagörüşlərinə malik insanların ortaq gələcək naminə necə əməkdaşlıq edə bilməsidir. Qloballaşma xalqları və cəmiyyətləri bir-birinə daha da yaxınlaşdırsa da, bu yaxınlaşma hər zaman qarşılıqlı anlaşm

29 oktyabr
.

Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişiklikl

27 oktyabr