ABŞ-sız Avropa Ukraynanı qoruya biləcəkmi?

ABŞ-sız Avropa Ukraynanı qoruya biləcəkmi?Avropa ölkələri Ukraynaya maliyyə və hərbi dəstəyi artırsa da, ABŞ-ın iştirakı olmadan Kiyevin müdafiəsini təmin etmək ciddi çətinliklər yaradır. Xüsusilə kəşfiyyat məlumatları, peyk rabitəsi və Rusiya raketlərini zərərsizləşdirmək üçün istifadə olunan hava hücumundan müdafiə sistemləri sahəsində Avropanın ABŞ-dan asılılığı davam edir.

Bəs Vaşinqtonun dəstəyi azalarsa, Avropa Ukraynanı Rusiyanın hücumlarından qorumaq üçün mövcud imkanlarını səfərbər edə biləcəkmi?
ABŞ-sız Avropa Ukraynanı qoruya biləcəkmi?Mövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, ABŞ-nin Rusiya-Ukrayna muharibəsində Donald Trampın timsalında Ukraynaya qarşı sərgilədiyi mövqe və münasibət bir növü Ukraynanın təslimçiliyə və Rusiya-ABŞ arasında bölünməsinə hesablanmış taktika idi. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın bu istəyinə ciddi qarşılıq verdi və Ukrayna xalqının bu forma və mənada təslimciliyi qəbil etməyəcəyini açıq nümayiş etdirdi: "Bundan sonra müxtəlif formalarda təzyiqlər davam etməyə başladı. Hazırda Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətinin görüşünün təşkili sülh istiqamətində müəyyən ümidlər yaratmaqdadır. Eyni zamanda Avropa İttifaqının da bu sülh prosesinə müsbət yanaşması və belə bir missiya ilə təşəbbüs etməsi özü də müsbət impulslar yaradır. Ancaq yenə də yaxın vaxtlarda nə bu münaqişəni başa çatdırmaq, sülhə nail olmaq, nə də kiminsə məğlubiyyəti və mütləq kapitulyasiya mümkün görünmür. Əksinə Avropa dövlətləri strateji planda Ukraynaya dəstək verməyə davam edəcəklər və buna məcburdurlar.

Avropada sağçı ideologiyanın üstünlük qazanması, və yaxud gənclik, tələbə hərəkatlarının yüksəklməsi isə Avropanın Ukraynanı tək qoyacağı anlamına gələcəyini düşünməyə çox da əsas vermir, çünki dövlət yönəticileri strateji siyasətdən çox da yayına bilməyəcək. Həm də bu məsələ Avropanın təhlükəsizliyinə münasibət məsələsidir".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 179   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Penitensiar xidmətin yeni rəisi kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib. Sahib Rzayevin dosyesini təqdim edir:. Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-c

27 oktyabr
.

İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikas

27 oktyabr
.

"Ancaq bir görüşlə bütün ziddiyyətlərin aradan qalxacağını düşünmək düzgün olmaz" - BƏHRUZ QULİYEV

"Tehranda keçiriləcək danışıqlar Yaxın Şərqdə gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Əsas sual budur ki, bu görüş İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxara bilərmi?. Mən əvvəldən də qeyd etmişəm ki, bu münaqişənin genişmiqyaslı müharibəy

26 oktyabr
.

Prezident Xalq rəssamını təbrik etdi

Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Siz Azərbayca

23 oktyabr
.

Netanyahu İran xalqına müraciət edərək onların hüquqlarını dəstəkləyəcəyinə söz verib

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək ölkə vətəndaşlarının əsas hüquqlarını və təhlükəsizliyini müdafiə etmək niyyətində olduğunu bəyan edib. xəbər verir ki, o, "Instagram" sosial şəbəkəsində fars dilində paylaşdığı müraciətdə iranlıların ona göndərdikləri məktublar

23 oktyabr
.

Qara dənizdə azərbaycanlıların da olduğu gəmi faciəsinin təfərrüatı - Eksklüziv

"Konor adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanlarına SOS siqnalı göndərərək gəminin dronların hücumuna məruz qaldığını və təcil

23 oktyabr
.

Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimiz

27 oktyabr
.

İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Video

"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyin

27 oktyabr
.

İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

"Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı deyib ki, xüsusilə bağlantılar baxımından həmin məsəl

27 oktyabr