"Ancaq bir görüşlə bütün ziddiyyətlərin aradan qalxacağını düşünmək düzgün olmaz" - BƏHRUZ QULİYEV

"Ancaq bir görüşlə bütün ziddiyyətlərin aradan qalxacağını düşünmək düzgün olmaz" - BƏHRUZ QULİYEV"Tehranda keçiriləcək danışıqlar Yaxın Şərqdə gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Əsas sual budur ki, bu görüş İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxara bilərmi?

Mən əvvəldən də qeyd etmişəm ki, bu münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi qaçılmaz deyil. Çünki region ölkələrinin hər birinin öz maraqları var və müəyyən mərhələdə qarşılıqlı güzəştlərə getmək zərurəti yaranır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
"Ancaq bir görüşlə bütün ziddiyyətlərin aradan qalxacağını düşünmək düzgün olmaz" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, Türkiyə və Pakistanın bu prosesdə iştirakı da xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, Səudiyyə Ərəbistanının təhlükəsizliyi ilə bağlı öhdəliklər məsələyə əlavə siyasi həssaslıq gətirir. Lakin bu, Türkiyə və Pakistanın mütləq şəkildə Yəməndə hərbi əməliyyatlara qoşulacağı demək deyil. Burada əsas məqsəd hərbi qarşıdurmanı genişləndirmək yox, onun qarşısını almaq olmalıdır.

İran amili isə məsələnin ən həssas tərəflərindən biridir. Husilərlə bağlı gərginlik Tehranla Ər-Riyad arasındakı münasibətlərə birbaşa təsir göstərir. Əgər tərəflər qarşılıqlı təzyiq siyasətindən uzaqlaşaraq təhlükəsizlik məsələlərini diplomatik yolla həll etməyə çalışsalar, bu, münasibətlərin normallaşması üçün yeni imkanlar yarada bilər.

"Ancaq bir görüşlə bütün ziddiyyətlərin aradan qalxacağını düşünmək düzgün olmaz. Burada əsas məsələ konkret razılaşmaların əldə olunması və onların icrasıdır.

Hesab edirəm ki, bu danışıqların əhəmiyyəti müharibənin genişlənməsinin qarşısını almaq və regionda siyasi dialoqu gücləndirmək imkanındadır. Əgər tərəflər qarşılıqlı güzəştə getməyi bacarsalar, İran-Səudiyyə münasibətlərində də müsbət dəyişikliklərin əsası qoyula bilər. Əks halda, mövcud gərginlik yenidən qarşılıqlı təzyiq vasitəsinə çevrilə bilər." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 444   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Fərhad Xəlilovu təbrik edən Prezident İlham Əliyev deyib:. "Hörmətli Fərhad müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətil

23 oktyabr
.

Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"

"Bu gün ölkəmizin xarici siyasətinə, iqtisadi göstəricilərinə, roluna, qlobal enerji və daşımalar bazarlarında fəaliyyətimizə baxsanız görə bilərsiniz ki, Azərbaycanın rolu çox böyük dərəcədə artıb". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətləraras

27 oktyabr
.

İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, ICESCO-nun baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurl

27 oktyabr
.

İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

"Mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib. "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətl

27 oktyabr
.

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətil

25 oktyabr
.

Hikmət Hacıyev: "Ermənistanda bəzi şəxslərin Azərbaycan xalqından üzr istəməsini gözləyirik"

"Sülh sazişinin real məzmun alması, konkret nəticələrə çevrilməsi və müvafiq ölkələr üçün uzunmüddətli sülhün təmin olunmasına xidmət etməsi vacibdir". xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıye

26 oktyabr
.

Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto

Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazo

25 oktyabr
.

Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir

Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara endirilə bilməyəcək qədər dərin tarixi zəminə malikdir. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını

25 oktyabr
.

Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql

26 oktyabr