Hikmət Hacıyev: "Ermənistanda bəzi şəxslərin Azərbaycan xalqından üzr istəməsini gözləyirik"

Hikmət Hacıyev: "Ermənistanda bəzi şəxslərin Azərbaycan xalqından üzr istəməsini gözləyirik""Sülh sazişinin real məzmun alması, konkret nəticələrə çevrilməsi və müvafiq ölkələr üçün uzunmüddətli sülhün təmin olunmasına xidmət etməsi vacibdir".

Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib

O bildirib ki, 2020-ci il müharibəsindən dərhal sonra Azərbaycan və ölkə rəhbərliyi strateji uzaqgörənlik və siyasi iradə nümayiş etdirdi:

"Azərbaycanda sülh sazişinin hazırlanması istiqamətində bir sıra təşəbbüslər irəli sürüldü.

Bu, Azərbaycan dövləti və xalqı üçün asan qərar deyildi. Özünüzü Azərbaycan xalqının yerində təsəvvür edin: ölkə 30 il işğal altında yaşayıb, işğal olunmuş ərazilərdə mədəni və dini irsimizin böyük hissəsi illər ərzində məhv edilib. Müharibədən dərhal sonra sülh gündəliyi ilə çıxış etmək, həqiqətən də, böyük siyasi iradə və qətiyyət tələb edirdi. Lakin Prezident İlham Əliyev bu istiqamətdə təşəbbüslər nümayiş etdirdi.

Bizim baxışımız belə idi: seçim çox sadədir - əbədi müharibə, yoxsa əbədi sülh? Qarşıda iki yol var idi: ya əbədi müharibə və qarşıdurmanı davam etdirmək, ya da sülh yolunu seçmək. Lakin bu, Azərbaycanın gələcəyi üçün seçim deyildi. Biz əbədi sülh yolunu seçdik, sülh sazişinin layihəsini hazırlayaraq Ermənistan tərəfinə təqdim etdik. Sülh sazişinin ilkin fundamental prinsipləri də məhz Azərbaycanda hazırlanmışdı. Nəticədə, Vaşinqtonda sülh sazişinin mətni paraflandı. Bununla hər şeyin yekunlaşdığını və artıq məqsədimizə çatdığımızı bəyan edə bilərik. Ancaq gördüyünüz kimi, Vaşinqton görüşündən dərhal sonra Azərbaycan gündəliyini növbəti mərhələyə yönəltdi. Regionda sülh mühitinin tamamilə dəyişdirilməsi və əldə olunmuş razılaşmaların praktik olaraq həyata keçirilməsinin təmin edilməsi istiqamətində addımlar atmağa başladı".

Hikmət Hacıyev əlavə edib ki, proses xalqlar və dövlətlər arasında etimadın və barışığın formalaşmasından başlayır:

"Bu, münaqişədən sonrakı istənilən vəziyyətin ən mühüm və eyni zamanda, ən çətin mərhələlərindən biridir.

Məsələn, biz digər münaqişədən sonrakı vəziyyətləri də öyrənirik. Balkan ölkələrinin təcrübəsinə nəzər salaq. 1990-cı illərdə bütün münaqişələr həll olunsa da, region ölkələri arasında etimadsızlıq elementləri hələ də qalmaqdadır.

Ermənistan və Azərbaycan münasibətlərinə gəldikdə isə, özümüzə qarşı dürüst olmalıyıq. Azərbaycan xalqının tarixindən və yaddaşından silə bilməyəcəyimiz, göz yuma bilməyəcəyimiz mühüm hadisələr var. Bunlar tariximizin və mədəniyyətimizin bir hissəsidir və belə də qalmalıdır. Mədəni və dini irsimizin dağıdılması, etnik təmizləmə və digər bu kimi hadisələr unudula bilməz.

Lakin biz bu məsələlərə qisas almaq niyyəti ilə yanaşmırıq. Onları tariximizin bir hissəsi kimi qəbul edirik. Gələcəyə baxarkən isə hansı yolu seçdiyimizi - əbədi sülh, yoxsa əbədi müharibə yolunu - nəzərə alırıq.

Hesab edirəm ki, mövcud reallıqların qəbul edilməsi də sülh gündəliyinin vacib ilkin şərtlərindən biridir. Təbii ki, Ermənistan cəmiyyətində bəzi şəxslərin nəhayət Azərbaycan xalqından üzr istəməsini gözləyirik. Biz artıq sülh razılaşmalarını paraflamışıq. Lakin əminəm ki, hər bir azərbaycanlı, xüsusilə də 30 il ərzində öz torpaqlarından qovulmuş, qaçqın və məcburi köçkün həyatı yaşamış, etnik təmizləməyə məruz qalmış azərbaycanlılar Ermənistan tərəfinin belə bir üzrxahlıq mesajını gözləyirlər. Bu, şübhəsiz ki, Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülh quruculuğu prosesinin tərkib hissəsi olmalıdır. Ermənistan tərəfi ilə etimad quruculuğu prosesinə də başlamışıq. Bu prosesdə bəzi qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları iştirak edirlər. Lakin son hadisələr bir daha göstərdi ki, tərəflər arasında fərqli narrativlər mövcuddur və Ermənistan cəmiyyətində revanşist meyillərin elementləri hələ də qalmaqdadır.

Bununla belə, görürsünüz ki, Ermənistan və Azərbaycan hökumətləri sülh gündəliyi ilə bağlı razılığa gəliblər. Ermənistanın hazırkı rəhbərliyinin "Real Ermənistan" konsepsiyasını irəli sürdüyünü də görürük və bunu müsbət qiymətləndiririk. Lakin hesab edirik ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövcud olan dövlət olmalıdır. Bu yanaşma tarixin müəyyən yanlış şərhlərinə əsaslanmamalıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 403   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Penitensiar xidmətin yeni rəisi kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib. Sahib Rzayevin dosyesini təqdim edir:. Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-c

27 oktyabr
.

İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikas

27 oktyabr
.

"Ancaq bir görüşlə bütün ziddiyyətlərin aradan qalxacağını düşünmək düzgün olmaz" - BƏHRUZ QULİYEV

"Tehranda keçiriləcək danışıqlar Yaxın Şərqdə gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Əsas sual budur ki, bu görüş İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxara bilərmi?. Mən əvvəldən də qeyd etmişəm ki, bu münaqişənin genişmiqyaslı müharibəy

26 oktyabr
.

Prezident Xalq rəssamını təbrik etdi

Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Siz Azərbayca

23 oktyabr
.

Netanyahu İran xalqına müraciət edərək onların hüquqlarını dəstəkləyəcəyinə söz verib

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək ölkə vətəndaşlarının əsas hüquqlarını və təhlükəsizliyini müdafiə etmək niyyətində olduğunu bəyan edib. xəbər verir ki, o, "Instagram" sosial şəbəkəsində fars dilində paylaşdığı müraciətdə iranlıların ona göndərdikləri məktublar

23 oktyabr
.

Qara dənizdə azərbaycanlıların da olduğu gəmi faciəsinin təfərrüatı - Eksklüziv

"Konor adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanlarına SOS siqnalı göndərərək gəminin dronların hücumuna məruz qaldığını və təcil

23 oktyabr
.

Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimiz

27 oktyabr
.

İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Video

"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyin

27 oktyabr
.

İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

"Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı deyib ki, xüsusilə bağlantılar baxımından həmin məsəl

27 oktyabr