İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Foto

İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fərhad Xəlilovu təbrik edən Prezident İlham Əliyev deyib:

"Hörmətli Fərhad müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Siz uzun illər öz sənətinizlə xalqımızı sevindirirsiniz, cəmiyyətdə böyük rəğbət qazanmısınız. Əsərləriniz dünyanın müxtəlif yerlərində nümayiş olunur. Siz Azərbaycanın gözəlliyini təsvir edirsiniz, ölkəmizi dünyada tanıdırsınız. Buna görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə müstəqillik illərində Azərbaycanın müasir ölkə, istedadlarla zəngin ölkə kimi tanıdılmasında sizin böyük rolunuz vardır. Eyni zamanda, siz gənc rəssamları yetişdirərək yeni nəsil rəssamlar yetişdirmisiniz. Onlar da sizin əsərlərinizdən ilhamlanıb öz istedadlarını göstərirlər.

Bir də 40 ilə yaxındır ki, Rəssamlar İttifaqının sədri kimi böyük fəaliyyət göstərirsiniz. Ölkəmizin ictimai həyatında da çox fəalsınız. Bütün məsələlərlə bağlı sizin çox gözəl vətəndaşlıq mövqeyiniz var, bunu da xalqımız yaxşı bilir. Sizi tanıyanlar həm sizə böyük hörmət bəsləyirlər, həm də ən xoş fikirlər ifadə edirlər, o cümlədən də mən. Biz sizinlə 50 ildən çoxdur ki, tanışıq və bu illər ərzində həmişə görüşəndə xoş hisslər keçiririk. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Siz bir neçə yüksək dövlət ordenləri ilə təltif olunmusunuz - "Şöhrət", "Şərəf", 1-ci dərəcəli "Əmək" ordenləri ilə. Bu gün isə yubileyiniz ərəfəsində mən sizi dövlətimizin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif edirəm. İcazə verin, bu ordeni sizə təqdim edim".

Dövlətimizin başçısı "İstiqlal" ordenini Fərhad Xəlilova təqdim edib.

Prezident İlham Əliyev: "Təbrik edirəm".

Fərhad Xəlilov: "Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam".

Prezident İlham Əliyev: "Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz".

Sonra çıxış edən Fərhad Xəlilov deyib: "Cənab Prezident, icazə verin, mənə verilən bu qiymətə, dövlətimizin qiymətinə görə Sizə dərin təşəkkürümü bildirim. Təşəkkür edirəm. Doğrudan da həyatımda çalışmışam ölkəmizə sədaqətli olum, əlimdən gələni edim, bundan sonra da edəcəyəm. Fürsətdən istifadə edərək deyirəm ki, xeyli vaxtdır görüşmürük. Ona görə də lap səmimi deyirəm, bir az darıxmışam. Amma fürsətdən istifadə edərək, hərdən Sizə yazıram. Amma bu gün burada Sizə demək istəyirəm ki, Azərbaycan qısa zamanda bütün dünyaya sübut etdi ki, onunla hesablaşmaq lazımdır. Bu, doğrudan fantastik bir məsələdir. Ona görə ki, hələ bir neçə müddət bundan qabaq Azərbaycanı tanımırdılar, harada olduğunu bilmirdilər".

Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdiyini, dövlətimizin başçısının ümummilli liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Xalq rəssamı deyib: "44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağıla sığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim ulu öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hər zaman - lap gənc vaxtınızdan Sizinlə məşğul olurdu.

Sizin şəxsiyyətinizə olan məhəbbətim hədsizdir. Ona görə də mən Sizə cansağlığı arzu edirəm. Siz çox gözəl görünürsünüz. Əsas müttəfiqiniz Mehriban xanımdır. Sizin bir yerdə olmağınız, bir-birinizi tamamlayan bu tandem doğrudan da təbiətdən gələn bir məsələdir. Sizə, gözəl övladlarınıza cansağlığı arzulayıram".

Leyla Əliyevanın yaradıcılığından da söz açan, onun əsərlərinin böyük maraqla qarşılandığını bildirən Fərhad Xəlilov deyib: "Biz Leyla xanımla Aşqabadda idik, orada səmimi dedim ki, mənim ən çox xoşuma gələn işlər bunlardır. O, doğrudan da çox gözəl əsərlər yaradır. Leyla xanım orada çıxış etdi, məhəbbət haqqında, sevgi haqqında çox gözəl, sadə danışdı. Fantastik danışdı! Əsərlərini də göstərdi. Arzu xanıma, Heydərə cansağlığı, uğurlar. Mən bu gün Sizinlə görüşümə çox şadam ki, sizi belə gümrah, belə yaxşı formada görürəm".

Prezident İlham Əliyev: "Çox sağ ol, Fərhad müəllim. Xoş sözlərə görə təşəkkür edirəm. Siz Ulu Öndər haqqında danışdınız. Əlbəttə ki, o, mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim. Onu da bildirməliyəm ki, bizim atalarımız da uzun illər bir yerdə işləyiblər, həm Azərbaycanda o vaxt rəhbərlik səviyyəsində təmsil olunublar, - demək olar ki, üç rəhbərdən ikisi elə onlar idi, - həm də onların arasında çox səmimi dostluq əlaqələri var idi. Siz də bunu xatırlayırsınız, mən də. Mən o vaxt yeniyetmə idim, siz isə gənc rəssam idiniz. Bax, bu ənənələr bizi yaşadır. Böyük rəhbərlərimizə sədaqət, onların işini davam etdirmək böyük şərəfdir. Əminəm ki, onların ruhları şaddır bu gün. Azərbaycan azaddır, torpaqlarımız işğaldan tam azad olunub. Onların övladları da hərəsi öz sahəsində böyük zirvələrə çatıblar. Deyə bilərəm ki, hərə öz sahəsində ən yüksək zirvədədir. Ona görə bizi sizinlə böyük tarix bağlayır - ailə münasibətləri, həmişə xoş münasibət, qarşılıqlı hörmət. Müxtəlif dövrlərdən asılı olmayaraq, bu, çox böyük bir sərvətdir. Sizi mən ürəkdən sevirəm. Sizə həmişə böyük hörmətlə yanaşmışam, böyük sənətkar kimi, gözəl insan kimi və öz mövqeyini ifadə edən, onu müdafiə edə bilən bir şəxsiyyət kimi. Ona görə sizə də cansağlığı. Siz də, maşallah, çox yaxşı görünürsünüz. Arzu edirəm ki, həmişə belə gümrah, həmişə, necə deyərlər, gözəl bir insan və gözəl sənətkar kimi xalqımızı bundan sonra da sənətinizlə sevindirəsiniz".

Fərhad Xəlilov: "Çox sağ olun".

12:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib.

Sonxeber.az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Fotoİlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Fotoİlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Fotoİlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Fotoİlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Fotoİlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Fotoİlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Foto


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 290   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qubada iki bələdiyyənin adı dəyişdirildi

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, Qubanı

22 oktyabr
.

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinə təsir göstərən əsas amillərdən biri təşkilata üzv dövlətlər arasında mövcud olan ciddi siyasi ziddiyyətlər və fikir ayrılıqlarıdır. Hindistan-Pakistan, İran-İsrail münasibətləri bu baxımdan səciyyəvi nümunələrdir

19 oktyabr
.

Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri

25 oktyabr - Qubadlı şəhəri günü Azərbaycanın müasir tarixində mühüm yer tutan, milli yaddaşımızda qələbə və qayıdış rəmzinə çevrilən əlamətdar tarixdir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə başlayan yeni mərhələ bu gün bərpa, quruculuq və gələcək inkişaf proseslər

23 oktyabr
.

Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi

Prezident İlham Əliyevin sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. Anar Bayramovun dosyesini təqdim edir:. Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur

19 oktyabr
.

Bəhruz Quliyev: "Azərbaycan-Hindistan münasibətlərində yeni əməkdaşlıq imkanları yaranır"

"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisədir. Bu görüşü qarşılıqlı dialoqun genişləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməs

23 oktyabr
.

Yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. "Qafqazinfo" xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 37 yaşlı məmur daha əvvəl Cəbrayı

22 oktyabr
.

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısın

23 oktyabr
.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21 oktyabr
.

Rusiya-Ukrayna müharibəsində gərginlik artır: Hücumlar davam edir, ABŞ danışıqlara çalışır

Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda cəbhə xəttində hücumlar intensivləşib, diplomatik müstəvidə isə münaqişənin dayandırılması istiqamətində yeni təmaslar gündəmə gəlib. "Reuters" agentliyinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 21-də ABŞ Prezidentini

21 oktyabr