Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq, ölkəmizə Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirdi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.

Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri qeyd olundu. Bu xüsusda siyasi, iqtisadi-ticar, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulandı.
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edibAzərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edibAzərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edibAzərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edibAzərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 200   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini

20 oktyabr
.

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, bu vəzifəyə 2024-cü ildə təyin olunmuşdu

22 oktyabr
.

Ərdoğan İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyi

21 oktyabr
.

Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri

25 oktyabr - Qubadlı şəhəri günü Azərbaycanın müasir tarixində mühüm yer tutan, milli yaddaşımızda qələbə və qayıdış rəmzinə çevrilən əlamətdar tarixdir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə başlayan yeni mərhələ bu gün bərpa, quruculuq və gələcək inkişaf proseslər

23 oktyabr
.

Qubadlının işğaldan azad olunması tarixi qələbələrimizin davamı idi

44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsidir. Təbii ki, Qubadlıdan əvvəl azad edilən torpaqlarımızda qəhrəmanlıqla vuruşan oğullarımız burada da peşəkarcasına vuruşaraq düşməni məhv edirdi. Qubudlının ihğaldan azad edildiyi gün də xalqımı

22 oktyabr
.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb

23 oktyabr
.

Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır

Azərbaycanda Qarabağ Milli Parkı yaradılır. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, işğaldan azad edilmiş ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını

20 oktyabr
.

"Türkiyənin iqtisadi vəziyyəti hakimiyyətin siyasətinə münasibətdə mühüm amilə çevrilib" - BƏHRUZ QULİYEV

"Türkiyədə son dövrlər müşahidə olunan siyasi, iqtisadi və ictimai proseslər ciddi təhlil tələb edir. İqtisadi çətinliklər, yüksək inflyasiya, yaşayış xərclərinin artması, siyasi qütbləşmə, hakimiyyətin mərkəzləşməsi və dünyəvilik ətrafında davam edən mübahisələr ölkənin ictimai-siyasi gündəmin

20 oktyabr
.

Netanyahu İran xalqına müraciət edərək onların hüquqlarını dəstəkləyəcəyinə söz verib

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək ölkə vətəndaşlarının əsas hüquqlarını və təhlükəsizliyini müdafiə etmək niyyətində olduğunu bəyan edib. xəbər verir ki, o, "Instagram" sosial şəbəkəsində fars dilində paylaşdığı müraciətdə iranlıların ona göndərdikləri məktublar

23 oktyabr