Forumda prezidentin çıxışı olduqca mühüm hadisədir
Azərbaycan AQEM-in Zirvə Görüşünün ardınca növbəti nüfuzlu beynəlxalq tədbirə - Vll Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Bu cür mötəbər platformalar qlobal gündəliyin aparıcı mövzularının açıq müzakirəsinə imkan yaratmaqla yanaşı, ölkəmizin rəsmi mövqeyinin və təhlükəsizlik arxitekturası ilə bağlı təkliflərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından da mühüm rol oynayır. Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlər və verdiyi mesajlar həm də bu mənada olduqca əhəmiyyətlidir. Çünki onların hər biri Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə, ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyalarının və qərəzli təhrifetmə cəhdlərinin ifşasına xidmət edir.
2000 artıq iştirakçının qeydiyyatdan keçdiyi, 100-dən çox ölkədən 500 qonağın iştirak etdiyi Forumun mövzusu "Ortaq gələcək naminə dialoq"dur. Hadisələr göstərir ki, münaqişə və müharibə coğrafiyasının daha da genişlənməsinin əsas səbəblərindən biri beynəlxalq hüququn kobud şəkildə tapdalanmasıdırsa, digər səbəbi sivilizasiyalararası dialoqa məqsədli şəkildə kölgə salmaq və onu sağlam məcradan çıxararaq qarşıdurma müstəvisinə keçirmək cəhdləri ilə bağlıdır. 35 illik müstəqillik dövründə ölkəmizin dəfələrlə üzləşdiyi ədalətsizliyin və məruz qaldığı ikili standartların kökü böyük güclərin elə bu cür riyakar siyasətində gizlənir. 44 günlük Vətən müharibəsinin ilk günlərində Fransadan eşitdiyimiz "Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik" bəyanatı beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğu qədər ümumbəşəri dəyərlərə, ədalət anlayışına və sivilizasiyalararası dialoqa da açıq təhdid demək idi. Yaxud elə həmin günlərində Avropanın bəzi ölkələrində keçmiş "Dağlıq Qarabağ"ın müstəqilliyinin tanınmasına dair qeyri-qanuni çağırışlar, bununla bağlı qəbul olunan qərəzli qətnamələr əyani şəkildə göstərdi ki, ümumbəşəri dəyərlərin və beynəlxalq hüququn təşviq etdiyi ədalət prinsipi çox asanlıqla tapdalana bilir.
Böyük güclərin bölücü ikili standartlar siyasəti və onların təsiri altında fəaliyyət göstərən beynəlxalq təşkilatların ayrı-seçkiliklə məcburi və ya könüllü şəkildə barışması, çox təəssüf ki, müasir dünyanın danılmaz reallığıdır. Onun sözlərinə görə, oturuşmuş təhlükəsizlik arxitekturasının çökməsinin əsas səbəblərindən biri də elə bu reallıqla bağlıdır. Tarixi Zəfərimizdən ötən altı ildə Avropa Parlamenti və AŞPA tərəfindən Azərbaycanın əsassız şəkildə hədəf seçilməsi, ölkəmizə qarşı 14 qərəzli qətnamənin qəbul olunması aşkar ayrı-seçkiliyin sübutudur. Əgər XXl əsrdə bu cür təşkilatların tribunasından "xristian erməni qardaşlarımızı qorumalıyıq" kimi cahil bəyanatları dönə-dönə eşidiriksə və bütün bunlar etnik və dini təəssübkeşlik bir tərəfə, guya insan haqlarının qorunması pərdəsi altında törədilirsə, sivilizasiyalararası dialoqa bundan böyük təhdid ola bilməz. Eyni təşkilatlar digər coğrafiyalarda işğalı və separatçılığı qəti şəkildə pislədikləri, belələrinin nəinki həbsini, hətta fiziki cəhətdən zərərsizləşdirilməsini aşkar məmnunluqla qarşıladıqları halda, Azərbaycana gəldikdə, müharibə cinayətlərinə və insanlıq əleyhinə ağır əməllərə görə məhkum olunmuş erməni separatçılarını gah "girov", gah "hərbi əsir", gah da "siyasi məhbus" elan edirlər.
30 il ərzində işğalçı Ermənistana qarşı bir dəfə də olsun sanksiya qəbul etməyən, əksinə, onu həvəsləndirən siyasi dairə və təşkilatların Azərbaycana münasibəti bu gün də dəyişməyib. Amma bütün bu haqsızlıqlara, davamlı qarayaxma kampaniyalarına və tarixi Qələbəmizə məqsədli şəkildə kölgə salmaq cəhdlərinə baxmayaraq, Azərbaycan bütün dünyaya göstərdi ki, xalqımızın etnik və dini tolerantlığa, mədəniyyətlərarası dialoqa bağlılığı sarsılmazdır. Çünki bu, əsrlərin sınağından keçmiş, milli məfkurəmizdə və ümumxalq yaddaşımızda yaşayan ən dəyərli və toxunulmaz ənənələrimizdən biridir. Prezident İlham Əliyevin oktyabrın 27-də Forumun açılış mərasimində səsləndirdiyi bu açıqlama ikili standartlar siyasətinin müəlliflərinə və Azərbaycanı qərəzli şəkildə hədəf seçən bədxahlarımıza ən tutarlı cavabdır: "Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan "Dəmir yumruq" kimi vuruşdular. Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik.
Tarixi Zəfərimizlə, o cümlədən Azərbaycanın beynəlxalq-hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqla barışmaq istəməyən dairələrin impulsiv davranışı, media və internet resurslarında ölkəmizə qarşı sinxron şəkildə təşkil etdikləri əxlaqsız hücumlar onu da göstərir ki, Azərbaycanda ictimai konsensusun təməlində dayanan nümunəvi tolerant mühit bədxahlarımızı ciddi şəkildə narahat edir. Onların beyin mərkəzləri də yaxşı bilirlər ki, ölkəmizdə ictimai sabitliyin pozulması üçün, ilk növbədə, bu bənzərsiz mühüt zədələnməli və ən iyrənc üsullarla ona kölgə salınmalıdır. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi bu fikir həmin istəkdə olan dairələrə növbəti xəbərdarlıq mesajıdır.
Qlobal proseslərin doğurduğu təhlükəli çağırışlar aydın şəkildə göstərir ki, beynəlxalq siyasətdə ikili standartlardan, sivilizasiyalararası dialoqa kölgə salmaq cəhdlərindən və dini-etnik zəmində ayrı-seçkilik siyasətindən imtina olunmadıqca, münaqişə və müharibələr səngiməyəcək, əksinə, daha böyük coğrafiyanı bürüyəcək. Azərbaycan Prezidentinin beynəlxalq auditoriyaya ünvanladığı mühüm və düşündürücü mesajlardan biri də məhz bununla - təhlükəsiz ortaq gələcəyin qurulması yolu ilə bağlı oldu. Yalnız bu yol etibarlı təhlükəsizlik modelinin inşasına zəmin yarada bilər. Milli və dini mənsubiyyətimizdən, siyasi əqidəmizdən və peşə fəaliyyətimizdən asılı olmayaraq, hər birimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iki il əvvəl andiçmə mərasimində səsləndirdiyi bu tarixi bəyanatın arxasında dayanan böyük həqiqətləri heç vaxt unutmamalı və onları gələcək nəsillərə də mütləq çatdırmalıyıq: "Biz,-İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim,-sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik.
Təranə Tağıyeva - BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Aylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Vətəndaş ABB-dən narazıdır
Salyanda ailə faciəsi: Bıçaqlanan ana öldü - Yaralanan ata və gəlinin son durumu