Azərbaycan Prezidenti BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - Foto
Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırıb. Qonaq bu Forumun beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm platformaya çevrildiyini vurğulayıb.
Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını qeyd edib.
O, həmçinin Azərbaycanın islamofobiya ilə mübarizə sahəsində fəal mövqeyini, ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların mütəmadi surətdə keçirilməsini təqdir edib və BMT-nin Sivilizasiyalar Alyansının bu istiqamətdə Azərbaycanın səylərini dəstəklədiyini vurğulayıb.
Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi könüllü maliyyə töhfələrinə görə də təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında çoxillik uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətinə dəstəyini davam etdirəcəyini deyib.
Dövlətimizin başçısı Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyəti narahat edən aktual məsələlərin müzakirəsi və qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.







Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 202 Tarix: 26 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl
9 sentyabr 2021Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ
Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"
4 sentyabr 2021Zakir Həsənov Ərdoğanla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus
14 sentyabr 2021Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib
Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr
5 sentyabr 2021Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb
12 sentyabr 2021Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı
15 sentyabr 2021Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə
7 sentyabr 2021