Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ
Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib.
"Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"a danışan Saleh üsyançı komandirlər ilə görüş keçirdiklərini və vəziyyəti siyasi fiqurlarla idarə etdiklərini bildirib.
Sovet İttifaqına qarşı müqavimətin simvollarından olan Əhməd Şah Məsudun oğlu Əhməd Məsudla birlikdə "Taliban" əleyhinə müqavimətini davam etdirən Saleh vəziyyətin çətin olduğunu, ancaq əyalətin nəzarətini hələ də əllərində saxladıqlarını vurğulayıb:
"Pakistanlıların dəstəyi ilə "Talban", "Əl-Qaidə" və digər kiçikçaplı terrorçu qruplar tərəfindən hücuma məruz qalmışıq. Torpaqlarımızı müdafiə edirik və müqavimətimiz davam edir. Düşmənlə yanaşı biz də itkilər verdik. Düşmənin bir neçə cəbhədən hücuma keçməsinə baxmayaraq, vəziyyəti nəzarətə götürə bildik"
Qeyd edək ki, avqustun 15-də paytaxt Kabilə girən və ölkənin idarəsini ələ keçirən "Taliban" silahlıları Sovet İttifaqının da daxil ola bilmədiyi Pəncşir əyalətini nəzarətə ala bilmədilər. Buna baxmayaraq, "Taliban" mənbələri Pəncşir əyalətinin cümə günü, axşam ələ keçirildiyi xəbərini yayıb və bununla əlaqədar Kabildə silah səsləriylə "şənlik" keçirilib.
Rafi Müslümov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Makron istefa verdi