Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir"Oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda qeyd olunub ki, dövlət başçıları 2026-cı il oktyabrın 15-də Bakı şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitinin təşkili və keçirilməsi istiqamətində görülən hazırlıq işlərini yüksək qiymətləndiriblər".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında pedaqogika üzrə fəlsəfə doktoru Gülər Baxışova bildirib.

"Bəyanatda dövlət başçıları ölkələrinin Birləşmiş Millətlər Təşkilatı, habelə üzv olduqları digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə sadiq olduqlarını təsdiq etdilər və çoxtərəfli qarşılıqlı fəaliyyətin hərtərəfli və ardıcıl şəkildə inkişaf etdirilməsinin, habelə davamlı inkişafa, xalqların rifahına və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın uzunmüddətli sabitliyinin təmin edilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Bundan başqa, tərəflər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına hörmət əsasında regional və beynəlxalq təhlükəsizlik sahəsində, o cümlədən terrorizmə, ekstremizmə və radikalizmə, qanunsuz miqrasiyaya, transmilli mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə, habelə genişmiqyaslı və transsərhəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində qarşılıqlı fəaliyyəti genişləndirməyə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Dövlət başçıları ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, ticarətin daha da inkişaf etdirilməsinə, investisiya əlaqələrinin dərinləşdirilməsinə, təsərrüfat subyektləri arasında birbaşa işgüzar əlaqələrin genişləndirilməsinə, birgə müəssisələrin dəstəklənməsinə, müntəzəm biznes forumların və sərgilərin keçirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, habelə regional səviyyədə elektron ticarətin inkişaf etdirilməsinə yardım göstərməyə hazır olduqlarını ifadə ediblər. Bundan başqa, dövlət başçıları inteqrasiya olunmuş regional nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinin prioritet əhəmiyyət daşıdığını qeyd etdilər və "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin davamlı iqtisadi artımın və regionlararası əlaqələrin genişləndirilməsinin əsas amilləri kimi əhəmiyyətini vurğulayaraq, öz dövlətlərinin ərazilərindən keçən tranzit-nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinin vacibliyini təsdiq ediblər.

Tərəflər həmçinin iştirakçı ölkələrin enerji sahəsində əldə olunmuş əməkdaşlıq səviyyəsini qeyd etdilər və təcrübə mübadiləsi, o cümlədən Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən enerji dəhlizlərinin inkişafı layihələrinə yönəlmiş yeni layihələrin perspektivlərinin öyrənilməsi əsasında bu əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə etdilər. Bu baxımdan, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi layihəsinin imkanlarından istifadənin əhəmiyyətini qeyd etdilər. Layihənin məqsədi Mərkəzi Asiyadan yaşıl elektrik enerjisinin Azərbaycan Respublikası vasitəsilə Avropaya ixracı üçün enerji dəhlizinin yaradılmasıdır. Tərəflər 2025-ci il noyabrın 21-də Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin yaradılmasını alqışladılar və onun Azərbaycanda və daha geniş regionda rəqəmsal innovasiyaların inkişafına, startap ekosistemlərinin dəstəklənməsinə və rəqəmsal transformasiyanın təşviqinə töhfə vermək baxımından mühüm əhəmiyyətini qeyd ediblər. Həmçinin vurğulanıb ki, Mərkəzin əsas məqsədi innovasiya və sahibkarlıq potensialının gücləndirilməsi, ekosistem iştirakçıları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və regionda rəqəmsal transformasiyanın sürətləndirilməsidir.

Dövlət başçıları eləcə də aşağıdakı sahələrdə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd etdilər və sözügedən istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə dəstək verməyə hazır olduqlarını ifadə ediblər:
· qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmaq və birgə təşəbbüsləri həyata keçirmək məqsədilə parlamentlərarası qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi,
· ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinə qarşı mübarizə və təbii ehtiyatlardan davamlı istifadənin təşviqi, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və ekosistemlərin, biomüxtəlifliyin qorunması,
· qabaqcıl texnologiyalar, innovasiyalar, rəqəmsal sistemlərin tətbiqi, rəqəmsal transformasiya, süni intellekt və elmi-texniki tərəqqi sahəsində ən yaxşı təcrübələrin mübadiləsi,
· sənaye məhsullarının iştirakçı dövlətlərin bazarlarına çıxarılması üçün əlverişli şəraitin yaradılması,
· əczaçılıq, tibb kadrlarının hazırlanması, rəqəmsal həllərin və teletibb xidmətlərinin tətbiqi sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi,
· humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi, xalqlarımızı birləşdirən tarixi-mədəni və mənəvi irsin, ümumi ənənə və dəyərlərin qorunması və təbliği, habelə incəsənət və ədəbiyyat sahəsində təşəbbüslərin dəstəklənməsi, Mərkəzi Asiya və Azərbaycanın böyük mütəfəkkir və alimlərinin zəngin mənəvi və elmi irsinin BMT-də xüsusi təqdimatlarının keçirilməsi,
· Mərkəzi Asiya xalqları ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edən idman, turizm və digər sosial sahələrdə gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsi,
· Turizm zonalarının inkişafı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, habelə turizm məhsullarının təşviqinə və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın turizm potensialının tanıdılmasının artırılmasına yardım göstərilməsi".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 294   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı:. "Hörmətli Sərdar Qurbanquliyeviç. Hörmətl

9 oktyabr
.

Məhəmməd Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Oktyabrın 10-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan il

10 oktyabr
.

İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"

"Humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilə

9 oktyabr
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

9 oktyabr
.

Lavrovdan Bayramov və Əraqçıya xüsusi maraq: Davranışı ilə diqqət çəkdi - Video

Müstəqil Dövlətlər Birliyinin (MDB) toplantısından öncə Azərbaycan, Rusiya və İranın xarici siyasət idarələrinin rəhbərləri - Ceyhun Bayramov, Sergey Lavrov və Abbas Əraqçı arasında qısamüddətli söhbət baş tutub. -ın məlumatına görə, görüşlə bağlı görüntüləri RT kanalı özünün "X" sosial şəbək

9 oktyabr
.

Azərbaycan çoxtərəfli əməkdaşlıq platformalarının fəal aktorudur

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, qlobal miqyasda yeni çağırışlar formalaşır. Bu proseslər fonunda regional əməkdaşlıq formatlarının rolu daha da artır, xüsusilə Müstəqil Dövlətlər Birliyi kimi çoxtərəfli platformalar sabitlik, qarşılıqlı etimad və birgə tərəqqinin təminind

9 oktyabr
.

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

9 oktyabr
.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

9 oktyabr
.

Putin MDB liderlərini Yeni il ərəfəsində qeyri-rəsmi görüş üçün Sankt-Peterburqa dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin MDB-dən həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ənənəvi qeyri-rəsmi Yeni il ərəfəsində sammitə dəvət edib. xəbər verir ki, bu barədə Rusiya prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşü zamanı deyib:. "Əlbəttə ki

9 oktyabr