Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir"Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu üzv kimi iştirakı ölkəmizin regiondakı mövqeyini və qarşılıqlı əlaqələrin əhəmiyyətini daha da artırır".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında YAP üzvü Aynur Xəlilova bildirib.

"Görüşdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi, investisiya, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri ön plana çəkilib. Xüsusilə qarşılıqlı investisiyaların artırılması, birgə layihələrin həyata keçirilməsi və yeni istehsal imkanlarının yaradılması gələcək əməkdaşlığın əsas istiqamətləri kimi qeyd olunub. Azərbaycanın region ölkələri ilə nəqliyyat əlaqələrinin inkişafında da mühüm imkanları var. Xəzər dənizi, Bakı limanı, dəmir və avtomobil yolları Mərkəzi Asiyanın beynəlxalq bazarlara çıxışında mühüm rol oynayır. Orta Dəhlizin inkişafı və daşımaların artması bu istiqamətdə əməkdaşlığın perspektivlərini daha da genişləndirir.

Energetika sahəsində də əlaqələr genişlənir. Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən dünya bazarlarına çatdırılması, eləcə də bərpaolunan enerji və yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində birgə fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaşlıq dəstəyi də görüşdə diqqət çəkən məqamlardandır. Füzuli və Ağdamda Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən həyata keçirilən layihələr ölkələr arasında dostluq və həmrəyliyin praktik nümunəsi kimi qiymətləndirilə bilər. Ümumilikdə, görüş Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yalnız iqtisadi deyil, həm də siyasi və strateji baxımdan əhəmiyyətli olduğunu nümayiş etdirir. Sülh, təhlükəsizlik və sabitliyin qorunması isə regionun gələcək inkişafı və qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi üçün əsas şərtlərdən biri kimi çıxış edir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 379   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021