"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMARüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər.

Mövzu ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Müşfiq Cəfərov qeyd edib ki, Rüstəm Muradov fəaliyyəti dövründə sülhməramlı missiyasını tam yerinə yetirə bilməyib:
"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA"Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun fəaliyyətə başlamasından 9 aydan artıq vaxt keçir. Düşünürəm ki, Rüstəm Muradov fəaliyyəti dövründə sülhməramlı missiyasını tam yerinə yetirə bilmədi. Dəfələrlə atəşkəs pozuldu. Hətta hərbçilərimiz yaralandı. Ümumiyyətlə isə, onun fəaliyyətinin ilk günləri əsirlərin dəyişdirilməsi prosesində iştirakını təqdirəlayiq hal hesab etmək olar. Lakin müharibə bitdikdən sonra sülhü mühafizə etmək sülhməramlıların işi idi. Onun sülhməramlı kimi fəaliyyəti kifayət qədər təzadlı oldu. İlk günlərdən gördük ki, Rüstəm Muradov sülhməramlı missiyanın xarakteri, əhəmiyyəti, rolu kimi məsələlərdə kifayət qədər təcrübəsizdir. O, daha çox ermənipərəst mövqedən çıxış edib. Azərbaycan Ermənistanın təcavüzünə məruz qalaraq, zərər çəkmiş tərəf oldu".

Sonda deputat qeyd edib ki, sülməramlıların mövcudluğunun əsas məqsədi regionda sülhün bərqərar olmasına töhfə verməkdir və bu nöqteyi-nəzərdən sülhməramlıların rəhbəri general Muradovun üzərinə böyük məsuliyyət düşürdü.

Rafi Müslümov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2210   Tarix: 08 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Payızda bu ölkə Bakıda səfirlik açacaq

2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib. "Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır"

4 avqust
.

Sarsılmaz Azərbaycan-Qırğızıstan qardaşlığı

Azərbaycan və Qırğız xalqları min il əvvəllər də həmişə şad və çətin günlərimizdə bir-birimizin yanında olmuşuq. 1064-1067-ci illərdə türk dünyasının böyük sərkərdəsi Sultan Məhəmməd Alp Arslanın böyük ordu ilə iki dəfə Azərbaycana hərbi yürüş etməsi, Ani qalasında möhkəmlənmiş işğalçı Roma imperiyasını

31 iyul
.

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XIN) Kot-d'İvuar hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, müvafiq təbrik Azərbaycan XIN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb. "Müstəqillik Günü münasibətilə Kot-d'İvuar Respublikasını

7 avqust
.

Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamında dəyişikliklər edilib. -a istinadən xəbər verir ki, bununla bağlı İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinin bu sərəncamd

6 avqust
.

Ceyhun Bayramov Kiyevdə

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb

6 avqust
.

Avropanın sərhəd təhlükəsizliyi sual altında: Seutada yaşananlar nədən xəbər verir?

İspaniyanın Seuta anklavında baş verən son hadisələr Avropa İttifaqının miqrasiya və sərhəd təhlükəsizliyi siyasətini yenidən diqqət mərkəzinə gətirib. Qısa müddətdə yaşanan kütləvi miqrasiya axını həm təhlükəsizlik, həm də geosiyasi risklərlə bağlı müzakirələri gücləndirib. Bəs məsələnin mahiyyəti əslind

1 avqust
.

Azərbaycan və Qırğızıstan iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir

İyulun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gəlib. Bu səfər iki ölkə arasında yaranmış sıx dostluğun, əməkdaşlığın, qardaşlığın nümunəsidir. Səfərin məqsədi hər iki ölkənin hər sahədə gələcək inkişafını daha yüksək səviyyəyə çatdırmaq, xalqların birliyini, dostluğun

31 iyul
.

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq. "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 8 vaqon buğda, 10 vaqon daş kömür göndəriləcək. Qatar sabah saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək

7 avqust
.

Nikol Paşinyan Azərbaycanı təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Sülh Bəyannaməsinin imzalanmasının və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasının 1-ci ildönümü münasibətilə təbrik mesajı göndərib. . -ın məlumatına görə, mesajda deyilir: . "Əziz xalqım, əziz Ermənistan Respublikasını

8 avqust