Yeni il bayramında turizm bölgələrində qiymət yarışı: Hansı istiqamət DAHA BAHADIR?
Yeni il bayramı yaxınlaşdıqca Şuşa, Laçın, Qəbələ, Qusar və digər turizm bölgələrində hotellərə maraq artır. Artan turist tələbatı və bayram paketlərinə yüksək maraq qiymətlərə də təsir göstərir. Artıq açıqlanan təkliflərdə iki nəfər üçün iki gecəlik paketlərin qiyməti Şuşada 1100 manatdan, Laçında 1660 manatdan, Qəbələdə isə 1106 manatdan başlayır. Qusarda bəzi hotellərdə bu məbləğ 2800 manata qədər yüksəlir. Qiymətlər hotelin kateqoriyasına və paketə daxil olan xidmətlərə görə dəyişir.
Bəs, Yeni il bayramına qədər hotellərin qiymətlərində əlavə artım gözlənilirmi? Bayram günlərində turist axınının çoxalması qiymətlərə hansı həddə qədər təsir göstərə bilər? Vətəndaşlar daha münasib qiymətə istirahət etmək üçün rezervasiyanı nə vaxt etməli və hotel seçərkən hansı məqamlara diqqət yetirməlidirlər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirib ki, Yeni il bayramı ərəfəsində Azərbaycanın Şuşa, Laçın, Qəbələ, Qusar, Şahdağ və digər turizm istiqamətlərində hotellərin qiymətlərində artım gözləniləndir. Bunun əsas səbəbi bayram günlərində daxili turizmə marağın yüksəlməsi, hotellərə tələbatın artması və məhdud yerləşdirmə imkanlarıdır.
"Burada nəzərə almaq lazımdır ki, qiymət artımı bütün bölgələrdə və hotellərdə eyni səviyyədə olmayacaq. Bu, hotelin kateqoriyasından, xidmət səviyyəsindən, yerləşməsindən və doluluq göstəricisindən asılıdır. Qiymət artımının hansı həddə çatacağına gəlincə, bunu indidən bütün hotellər üzrə konkret faizlə ifadə etmək düzgün olmaz. Lakin bazarda artıq açıqlanan Yeni il paketləri qiymət fərqinin yüksək olduğunu göstərir.
Yeni il bayramı ərəfəsində Azərbaycanın Şuşa, Laçın, Qəbələ, Qusar, Şahdağ və digər turizm istiqamətlərində hotellərin qiymətlərində artım gözləniləndir. Bunun əsas səbəbi bayram günlərində daxili turizmə marağın yüksəlməsi, hotellərə tələbatın artması və məhdud yerləşdirmə imkanlarıdır.
Burada nəzərə almaq lazımdır ki, qiymət artımı bütün bölgələrdə və hotellərdə eyni səviyyədə olmayacaq. Bu, hotelin kateqoriyasından, xidmət səviyyəsindən, yerləşməsindən və doluluq göstəricisindən asılıdır.
Qiymət artımının hansı həddə çatacağına gəlincə, bunu indidən bütün hotellər üzrə konkret faizlə ifadə etmək düzgün olmaz. Lakin bazarda artıq açıqlanan Yeni il paketləri qiymət fərqinin kifayət qədər böyük olduğunu göstərir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rəşid Mahmudovun evində partlayış baş verib?
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Kadir İnanırın mirasının məbləği açıqlandı
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi
Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-İran müharibəsində yeni gərginlik: Tehran ABŞ bazasını hədəfə aldı, Vaşinqton bölgəyə üçüncü aviadaşıyıcısını göndərdi
Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
Yevlaxda ağır qəzada 2 nəfər öldü
Rusiya Ukraynanı bombaladı
Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA