Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 25-dən payız-qış uçuş cədvəlinə keçir.
Bu barədə Sonxeber.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, 2027-ci il martın 27-dək davam edəcək mövsümün proqramı Avropa, Türkiyə, Yaxın Şərq, Mərkəzi, Cənubi və Şərqi Asiya, eləcə də digər istiqamətlər üzrə beynəlxalq reysləri əhatə edir.
Avropa üzrə uçuş coğrafiyasına London, Paris, Berlin, Frankfurt, Roma, Milan, Vyana, Barselona, Budapeşt, Varşava, Praqa, Belqrad və Kişineu kimi şəhərlər daxildir. Mövcud cədvələ əsasən, Bratislava istiqamətində uçuşlar oktyabrın 28-dən planlaşdırılır.
Türkiyə istiqamətində İstanbul və Sabiha Gökçən hava limanlarına, həmçinin Ankara, Antalya, İzmir və Trabzona reyslər nəzərdə tutulur.
Yaxın Şərq istiqamətləri arasında Dubay, Şarja, Əbu-Dabi, Doha, Küveyt, Ər-Riyad və Ciddə yer alır. Qış aylarında istirahət planlaşdıran sərnişinlər üçün Şarm əl-Şeyx və Male istiqamətlərinə uçuşlar da mövsümi cədvələ daxildir.
Mərkəzi Asiya üzrə Almatı, Astana, Aktau, Daşkənd, Səmərqənd, Bişkek və Düşənbə kimi şəhərlərə reyslər planlaşdırılır. Cənubi və Şərqi Asiya üzrə uçuş proqramı isə Dehli, Mumbai, İslamabad, Lahor, Pekin və Urumçi istiqamətlərini əhatə edir.
"Payız-qış cədvəli üzrə reyslər "Azerbaijan Airlines", "Air Arabia", "Air Astana", "China Southern Airlines", "flydubai", "IndiGo", "Lufthansa", "Pegasus Airlines", "Qatar Airways", "Turkish Airlines", "Uzbekistan Airways", "Wizz Air" və digər aviaşirkətlər tərəfindən yerinə yetiriləcək.
Uçuş günləri və tezlikləri istiqamətə və mövsümün dövrünə görə fərqlənə bilər. Sərnişinlərə səfərlərini planlaşdırarkən seçdikləri tarixlər üzrə aktual cədvəli aviaşirkətlərin rəsmi kanallarından dəqiqləşdirmək tövsiyə olunur", - məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 178 Tarix: 16 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
3 oktyabrZelenski Rusiya ilə birbaşa danışıqlara başlamaq üçün şərtləri açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Moskva ilə birbaşa danışıqlara hazır olduğunu bildirib. xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi məlumat yayıb. Bununla belə, o, Rusiya prezidenti Vladimir Putinlə məsələləri müzakirə etmək istəmir. "Düşünürəm ki, prinsipcə bi
30 mart 2025Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilir
Gürcüstan hökumətinin xüsusi qərarı ilə 2026-cı il martın 1-dən etibarən ölkədə xarici vətəndaşların bir sıra sahələrdə işləməsi tam şəkildə məhdudlaşdırılacaq. xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb. Yeni qaydalara əsasən, əcnəbilərin kuryerlikdə, sərnişin daşımalarında, o cümlədə
22 fevralQədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralAzərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq
Yaponiyanın məşhur "VIVANT" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosu (ATB) məlumat yayıb. Bildirilib ki, serialın Azərbaycanda çəkilişləri başa çatıb. Agentlik "Tokyo Broadcastin
15 oktyabrMacarıstanın Baş naziri Orban deputat mandatından imtina edib
Macarıstanın Baş naziri Viktor Orban "FİDES - Macarıstan Vətəndaş İttifaqı" koalisiyasının lideri olaraq qalmaqla deputat mandatından imtina etmək qərarına gəlib. "Report" Macarıstan mediasına istinadən xəbər verir ki, bu barədə Orban videomüraciətində bildirib. "FİDES və Xristian-Demokra
26 aprelBölgələrdə istirahət üçün nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Bölgələrdə ailəvi istirahətin qiyməti seçilən rayon, otelin səviyyəsi, mövsüm və göstərilən xidmətlərdən asılı olaraq ciddi dəyişir. Hazırkı tur paketlərində 2 gün/1 gecəlik standart istirahət təxminən 100-200 manat, daha komfortlu və premium paketlər isə 250-400 manat aralığında təklif olunur. Bəs
28 avqust