Bölgələrdə istirahət üçün nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Bölgələrdə ailəvi istirahətin qiyməti seçilən rayon, otelin səviyyəsi, mövsüm və göstərilən xidmətlərdən asılı olaraq ciddi dəyişir. Hazırkı tur paketlərində 2 gün/1 gecəlik standart istirahət təxminən 100-200 manat, daha komfortlu və premium paketlər isə 250-400 manat aralığında təklif olunur.
Bəs, 3-4 nəfərlik ailənin bölgələrdə 2-3 günlük istirahəti üçün real olaraq nə qədər büdcə ayırmaq lazımdır, otel, qidalanma və nəqliyyat xərcləri ümumi məbləği nə qədər artırır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən turizm eksperti Cəfər Qarayev bildirib ki, hazırda Azərbaycanda 3-4 nəfərlik ailənin bölgələrdə 2-3 günlük orta səviyyəli istirahəti təxminən 500-900 manata başa gəlir:
"Daha ekonom seçimlərə üstünlük verildikdə bu məbləği 350-500 manat civarında saxlamaq mümkündür. Yüksək səviyyəli hotellər və əlavə xidmətlər seçildikdə isə ümumi xərc 1 000-1 500 manatı keçə bilər. Qiymətlər bölgədən bölgəyə dəyişir. Xüsusilə Qəbələ, Quba-Qusar və Şahdağ kimi turist tələbatının yüksək olduğu istiqamətlərdə həftəsonu və bayram günlərində qiymətlər daha çox artır. Burada otelin səviyyəsi, mövsüm, doluluq, qidalanma və əlavə xidmətlər əsas qiymət amilləri hesab olunur".
Ekspertlərin fikrincə, əsas məsələ yalnız qiymətin baha və ya ucuz olması deyil:
"Turist ödədiyi məbləğin qarşılığında keyfiyyətli xidmət əldə etməlidir. Eyni zamanda, daxili turizmin daha əlçatan olması üçün ailələrin müxtəlif büdcələrinə uyğun ekonom, orta və premium kateqoriyalarda daha çox seçim təqdim edilməlidir. Bölgələrdə qiymətlərə tələb və təklif də ciddi təsir göstərir. Turist axınının yüksək olduğu ərazilərdə hotellərin sayı, mövsümilik, doluluq faizi, xidmət səviyyəsi və əməliyyat xərcləri qiymətlərin formalaşmasında əsas amillərdəndir. Həftəsonu qiymətlərinin həftəiçi günlərlə müqayisədə 20-50 faizədək yüksək olması da müşahidə olunur".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 983 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb
Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb. "Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsind
18 iyulAzərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq
Yaponiyanın məşhur "VIVANT" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosu (ATB) məlumat yayıb. Bildirilib ki, serialın Azərbaycanda çəkilişləri başa çatıb. Agentlik "Tokyo Broadcastin
15 oktyabrDağıstanda daha bir yüksəkvəzifəli məmur saxlanılıb
Rusiyanın təhlükəsizlik orqanları Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyevi saxlayıblar. -ın məlumatına görə, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat verib. Qeyd olunur ki, Mahmud Əmirəliyev bir neçə gün əvvəl saxlanılan Dağıstan Respublikasını
5 iyul 2025Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralAİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb
Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb
17 mayAzərbaycana Çindən turist axını iyunda 76 % artıb
Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada
24 iyul 2025