Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi G.Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, məktəbli Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə onun doğmalarını və kənd sakinlərini sarsıdıb.
Kənd sakinləri hadisə ilə bağlı Baku TV-yə danışıblar.
"Uşaq faciəli şəkildə dünyasını dəyişib. Onu əslində, xalası böyütmüşdü. Üç il əvvəl xalasını da qatar vurdu və o, dünyasını dəyişdi. Dünən qızın ölüm xəbərini eşidəndə çox pis olduq", - deyə sakinlərdən biri bildirib.
Sakinlərin sözlərinə görə, məktəblinin doğma anası onu körpə yaşlarından xalasının himayəsinə verib və o, xalasının yanında böyüyüb. 2023-cü ildə isə xalası faciəli şəkildə həyatını itirib. Bundan sonra məktəblinin Bakıya gələrək anası ilə yaşadığı bildirilir.
18:06
Məktəbdə yıxılaraq həyatını itirən şagird dəfn olunub.
Oxu.Az xəbər verir ki, 7-ci sinif şagirdi G.D. Salyan rayonunun Arbatan kənd qəbiristanlığında, anasının məzarının yanınada dəfn edilib.
Qeyd edək ki, mərhumun anası, 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı 2023-cü ilin avqustunda qatar vuraraq öldürüb.
Belə ki, 2023-cü il avqustun 16-da saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrində hərəkətdə olan qatar Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Səadət Azadxan qızı Dadaşovanı vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 626 Tarix: 29 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını
29 oktyabrRamiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət
28 oktyabrBu il həbsxanalarda 3 uşaq doğulub
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. -a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici digər illərlə müqayisədə azdır. Son 5 ildə ən yüksək göstərici isə 2024-cü ildə qeydə alınıb. Son beş ildə cəzaçəkmə müəssisəsində qeydə alınan doğumlar:. 2021-c
29 oktyabrPərviz Abubəkirov işdən çıxarıldı
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. Bizim.Media-ya istinadən xəbər verir ki, Pərviz Abubəkirov bu gün artıq rəsmi şəkildə işindən uzaqlaşdırılıb. Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ild
29 oktyabrMəktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
Oktyabrın 29-da 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan "Real TV"nin əməkdaşları hücuma məruz qalıblar. -a istinadən xəbər verir ki, telekanalın müxbiri Nigar Namiqin sözlərinə görə, jurnalistlərə hücum edən şəxsləri şagirdləri də təhrik edən məktəbin qarovulçus
29 oktyabr"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy
28 oktyabrSərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?
Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir. "Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefo
29 oktyabr