Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA

Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA"Münasibətlərin intensivliyi bütün müstəvilərdə, o cümlədən dövlətlərarası əlaqələrdə, adətən müsbət nəticələr verir. Sadə bir deyim var: gediş-gəliş zəifləyəndə doğmalar yadlaşır, gediş-gəliş intensivləşəndə isə yadlar doğmalaşa bilir. Bu yanaşmanı dövlətlərarası münasibətlərə də şamil etmək olar. Xüsusilə Azərbaycan və Türkiyə kimi etnik, milli, dini və tarixi baxımdan çoxsaylı ortaq dəyərlərə malik ölkələr arasında qarşılıqlı səfərlər və təmaslar həmişə müsbət rol oynayıb və belə əlaqələrə ehtiyac var".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

"İki ölkənin xalqları və ayrı-ayrı fərdləri arasında ünsiyyətin özünəməxsus əhəmiyyəti olduğu kimi, dövlət rəsmiləri və dövlət başçıları arasındakı əlaqələr də xüsusi məna daşıyır. Xüsusilə yüksək vəzifəli şəxslərin və dövlət başçılarının təmasları Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynayıb.

Dövlət rəsmiləri və ali dövlət təmsilçiləri arasında görüşlər yarana biləcək anlaşılmazlıqların və çətinliklərin aradan qaldırılmasına, gələcək inkişaf istiqamətlərinin və tempinin müəyyənləşdirilməsinə şərait yaradır. Bu təmaslar, həmçinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial imkanları üzə çıxarır. Diplomatik əlaqələr nə qədər intensiv davam edərsə, kənar qüvvələrin bu münasibətlərə zərər vurmaq cəhdlərinin nəticə verməsi də bir o qədər çətinləşər.

Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi kökləri olsa da, bu münasibətlərdən narahat olan kənar qüvvələrin mövcudluğunu da nəzərə almaq lazımdır. Belə qüvvələrin fürsət əldə etməməsi üçün iki dövlət arasında əlaqələrin və əməkdaşlığın bütün istiqamətlər üzrə intensivliyini və davamlılığını təmin etmək vacibdir.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün xüsusi mürəkkəb metodologiyalara ehtiyac yoxdur. Çünki iki ölkənin birliyini möhkəmləndirən humanitar, mədəni və tarixi əsaslar kifayət qədər güclüdür. Belə şəraitdə diplomatların, siyasətçilərin, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin təmasları iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Buna görə də Türkiyə-Azərbaycan münasibətlərində qarşılıqlı ünsiyyətə və davamlı təmaslara xüsusi önəm verilməlidir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 621   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz

29 oktyabr
.

"Biz beynəlxalq münasibətlərdə yeni mərhələyə qədəm qoyuruq" - BƏHRUZ QULİYEV

"Bu gün dünya siyasətində müşahidə olunan əsas proseslərdən biri ABŞ-ın ənənəvi təsir dairələrində rəqabətin güclənməsi və dövlətlərin daha müstəqil xarici siyasət yürütməyə çalışmasıdır. Latın Amerikası da bu baxımdan xüsusi diqqət çəkir. Oktyabrın 29-da Monrealda keçiriləcək Avropa İttifaqı-Kanad

28 oktyabr
.

Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi

Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v

28 oktyabr
.

İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto

Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi

28 oktyabr
.

Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, paylaşımda deyilir:. "Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

29 oktyabr
.

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemini

28 oktyabr
.

Forumda prezidentin çıxışı olduqca mühüm hadisədir

Azərbaycan AQEM-in Zirvə Görüşünün ardınca növbəti nüfuzlu beynəlxalq tədbirə - Vll Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Bu cür mötəbər platformalar qlobal gündəliyin aparıcı mövzularının açıq müzakirəsinə imkan yaratmaqla yanaşı, ölkəmizin rəsmi mövqeyinin və təhlükəsizli

28 oktyabr
.

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Məni

27 oktyabr
.

"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV

"Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı

29 oktyabr