"Biz beynəlxalq münasibətlərdə yeni mərhələyə qədəm qoyuruq" - BƏHRUZ QULİYEV

"Biz beynəlxalq münasibətlərdə yeni mərhələyə qədəm qoyuruq" - BƏHRUZ QULİYEV"Bu gün dünya siyasətində müşahidə olunan əsas proseslərdən biri ABŞ-ın ənənəvi təsir dairələrində rəqabətin güclənməsi və dövlətlərin daha müstəqil xarici siyasət yürütməyə çalışmasıdır. Latın Amerikası da bu baxımdan xüsusi diqqət çəkir.

Oktyabrın 29-da Monrealda keçiriləcək Avropa İttifaqı-Kanada sammiti də dəyişən geosiyasi reallıqlar kontekstində mühüm əhəmiyyət daşıyır. Ticarət, investisiya, müdafiə, rəqəmsal texnologiyalar və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi tərəflərin strateji tərəfdaşlığı daha da gücləndirmək niyyətindən xəbər verir. Burada məqsəd yalnız iqtisadi əlaqələri inkişaf etdirmək deyil, həm də qlobal qeyri-müəyyənliklər şəraitində öz imkanlarını və manevr sahələrini genişləndirməkdir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
"Biz beynəlxalq münasibətlərdə yeni mərhələyə qədəm qoyuruq" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, Latın Amerikasına gəldikdə isə ABŞ-ın regiondakı mövqeyinin dəyişməsində Çinin artan iqtisadi təsiri mühüm rol oynayır. Çin region ölkələri üçün böyük ticarət tərəfdaşı, investisiya mənbəyi və infrastruktur layihələrinin iştirakçısıdır. Bu amil Latın Amerikası dövlətlərinə alternativ əməkdaşlıq imkanları yaradır.

Braziliya isə bu prosesdə xüsusi yer tutur. Cənubi Amerikanın ən böyük iqtisadiyyatı olan Braziliya həm Avropa İttifaqı, həm Çin, həm də BRİKS ölkələri ilə əlaqələrini inkişaf etdirərək özünün beynəlxalq mövqelərini gücləndirməyə çalışır. Bu siyasətin mahiyyəti bir güc mərkəzindən digərinə keçmək deyil, müxtəlif tərəfdaşlarla əməkdaşlıq etməklə milli maraqları təmin etməkdir.

"Əlbəttə, ABŞ-ın Latın Amerikasındakı təsirinin tamamilə aradan qalxdığını söyləmək doğru olmazdı. Vaşinqtonun regionla dərin iqtisadi, siyasi və təhlükəsizlik əlaqələri mövcuddur. Lakin artıq Latın Amerikası ölkələrinin xarici siyasətini yalnız ABŞ-ın mövqeyi ilə izah etmək mümkün deyil. Bu dövlətlər öz maraqlarına uyğun olaraq daha çox seçim imkanına malik olmaq istəyirlər.

Mənim qənaətimə görə, biz beynəlxalq münasibətlərdə yeni mərhələyə qədəm qoyuruq. Bu mərhələdə heç bir dövlət yalnız ənənəvi nüfuzuna arxalanaraq bütün prosesləri müəyyənləşdirə bilməz. İqtisadi güc, texnologiya, enerji təhlükəsizliyi və bərabərhüquqlu tərəfdaşlıq getdikcə daha böyük əhəmiyyət qazanır.

Bu baxımdan, Kanada ilə Avropa İttifaqının yaxınlaşması və Braziliyanın çoxşaxəli xarici siyasəti qlobal güc balansında baş verən dəyişikliklərin ayrı-ayrı təzahürləridir. ABŞ regionda mühüm güc olaraq qalır, amma dünya artıq təkqütblü qərarvermə modelindən daha mürəkkəb və rəqabətli münasibətlər sisteminə doğru irəliləyir." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 421   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərini əhat

28 oktyabr
.

ABŞ-sız Avropa Ukraynanı qoruya biləcəkmi?

Avropa ölkələri Ukraynaya maliyyə və hərbi dəstəyi artırsa da, ABŞ-ın iştirakı olmadan Kiyevin müdafiəsini təmin etmək ciddi çətinliklər yaradır. Xüsusilə kəşfiyyat məlumatları, peyk rabitəsi və Rusiya raketlərini zərərsizləşdirmək üçün istifadə olunan hava hücumundan müdafiə sistemləri sahəsində Avropanı

27 oktyabr
.

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

Hər bir xalqın tarixi inkişafını səciyyələndirən mühüm amillərdən biri onun müxtəliflik daxilində bütövlüyünü qorumaq, tarixi yaddaşını ümumi milli mənafe ilə uzlaşdırmaq və cəmiyyətin gələcəyini vahid ideya ətrafında qurmaq qabiliyyətidir. Bu baxımdan milli ideologiya sadəcə keçmişin mənəvi dəyərlə

28 oktyabr
.

İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

"Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı deyib ki, xüsusilə bağlantılar baxımından həmin məsəl

27 oktyabr
.

Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"

"İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı. AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

27 oktyabr
.

Forumda prezidentin çıxışı olduqca mühüm hadisədir

Azərbaycan AQEM-in Zirvə Görüşünün ardınca növbəti nüfuzlu beynəlxalq tədbirə - Vll Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Bu cür mötəbər platformalar qlobal gündəliyin aparıcı mövzularının açıq müzakirəsinə imkan yaratmaqla yanaşı, ölkəmizin rəsmi mövqeyinin və təhlükəsizli

28 oktyabr
.

Hikmət Hacıyevdən sülhlə bağlı çağırış

"Regionumuzda sülh gündəliyinə qarşı yönələn, onu pozmağa və zəiflətməyə çalışılan tendensiyalarda köhnə narrativlər yenidən gündəmə gətirilir və prosesin əleyhinə mübarizə vasitəsinə çevrilir". xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasə

26 oktyabr
.

Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik modeli

Müasir dünyanın qarşısında dayanan ən mürəkkəb məsələlərdən biri fərqli mədəniyyətlərə, dinlərə və dünyagörüşlərinə malik insanların ortaq gələcək naminə necə əməkdaşlıq edə bilməsidir. Qloballaşma xalqları və cəmiyyətləri bir-birinə daha da yaxınlaşdırsa da, bu yaxınlaşma hər zaman qarşılıqlı anlaşm

29 oktyabr
.

Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişiklikl

27 oktyabr