Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi

Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdiOktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda dünyanın 100-dən artıq ölkəsindən gəlmiş 500-dən çox qonaq, ümumilikdə isə 2000 nəfərdən artıq nümayəndə iştirak edib. Bu mötəbər tədbirdə yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. İştirakçıların sayı ötən 15 il ərzində keçirilən forumun mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrildiyinin göstəricisidir.
"Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev geniş məzmunlu çıxış edib. Cənab Prezident qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir. Cənab Prezident qeyd edib ki, bu foruma gəldikdə, biz burada qlobal gündəlikdə olan təxirəsalınmaz məsələlər haqqında danışırıq.
Bildirilib ki, mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur. "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub", - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev multikulturalizm, dini və etnik tolerantlıq ənənələrinin bizim xalqlarımızın əsrlər boyu daşıdığı bir irs olduğunu və bizim bunu yüksək dəyərləndirdiyimizi bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, uğurlu inkişafın, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri bizim cəmiyyətdə olan ahəngdarlıqdır. Çünki bütün etnik qrupların, dinlərin nümayəndələri Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir ailədəki kimi yaşayır.
Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları - azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir. Bu birliyin özünü müstəqil tariximizin ən çətin mərhələlərində büruzə verdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər. Bu da bizim qələbəmizin rəmzidir.
Forumda vurğulanıb ki, bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir. Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyini xatırladan dövlətimizin başçısı bildirib: "Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq".
Prezident İlham Əliyev Forumda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb. Dövlətimizin başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimizi azad etdiyimizi bildirərək deyib: "Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdik".
Müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə toxunan dövlətimizin başçısı bildirib: "Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik". Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən Prezident vurğulayıb ki, bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər".
Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlərdə ikili standartlara qarşı mübarizənin davam etdiriləcəyinə diqqəti çəkib. Dövlət başçımız hesab edir ki, bu cür yanaşmalar beynəlxalq münasibətlər sistemindən tamamilə çıxarılmalıdır. Çünki beynəlxalq hüququn prinsipləri ayrı-ayrı dövlətlərin siyasi maraqlarından asılı olaraq fərqli şəkildə tətbiq edildikdə ədalət anlayışı zərər görür, beynəlxalq institutlara etimad zəifləyir və münaqişələrin həlli daha da çətinləşir. Azərbaycanın müasir tarixində yaşanan hadisələr bu məsələnin nə qədər əhəmiyyətli olduğunu göstərir. Torpaqlarımızın uzun müddət işğal altında qalması, münaqişənin həlli istiqamətində beynəlxalq səylərin nəticəsiz qalması və beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiq edilməməsi ölkəmizin üzləşdiyi əsas problemlərdən olub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə milli iradəsini ortaya qoydu, beynəlxalq hüquqa əsaslanan mövqeyinin həyata keçirilməsinə nail oldu. Bu gün ikili standartlara qarşı prinsipial mövqenin müdafiəsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması, bütün ölkələrə münasibətdə eyni meyarların tətbiqi beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. Bu yanaşma yalnız Azərbaycanın milli maraqlarına deyil, beynəlxalq münasibətlər sistemində ədalətin və bərabərliyin möhkəmləndirilməsi məqsədinə də xidmət edir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın müstəqillik dövründə öz həyat tərzini qoruyub saxlaması və daha da gücləndirməsi barədə fikirləri də ölkəmizin keçdiyi inkişaf yolunun mühüm xüsusiyyətlərini əks etdirir. Müstəqilliyin bərpasından ötən 35 il ərzində Azərbaycan müxtəlif mərhələlərdən keçib, mürəkkəb siyasi və iqtisadi sınaqlarla üzləşib. Bu dövrün böyük hissəsində əsas məqsəd ərazi bütövlüyümüzün bərpası, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi olub. Həmin strateji məqsədin həyata keçirilməsi Azərbaycanın qarşısında yeni imkanlar açıb. Bu gün ölkəmiz suverenliyini tam təmin etmiş dövlət kimi öz inkişafının növbəti mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, infrastrukturun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi bu mərhələnin əsas istiqamətlərindəndir. Bütün bunlar müstəqilliyin yalnız siyasi-hüquqi status deyil, həm də xalqın öz gələcəyini sərbəst müəyyənləşdirmək imkanı olduğunu göstərir.
Cənab Prezident bildirib ki, bu gün ölkəmizin xarici siyasətinə, iqtisadi göstəricilərinə, roluna, qlobal enerji və daşımalar bazarlarında fəaliyyətimizə baxsanız görə bilərsiniz ki, Azərbaycanın rolu çox böyük dərəcədə artıb. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür.
Vuğulanıb ki, ölkəmizin müstəqil siyasəti bizə çox böyük hörmət qazandırıb. "Beynəlxalq təmaslarımız göstərir ki, biz özümüzü beynəlxalq icmanın etibar, inam, hörmət qazanan bir tərəfi kimi göstəririk", - deyə dövlətimizin başçısı əlavə edib.
Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın dialoq modelinin beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəni bir daha önə çıxarır. Qlobal qütbləşmənin dərinləşdiyi və beynəlxalq təsisatların effektivliyinin müzakirə olunduğu bir dövrdə Bakı platforması qarşılıqlı anlaşma və konstruktiv əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Bununla belə, dialoq milli maraqların və dövlət suverenliyinin güzəştə gedilməsi demək deyil. Azərbaycan əməkdaşlığa açıq olsa da, daxili işlərinə müdaxiləni və milli seçimlərinə kənardan təsir göstərilməsi cəhdlərini qəbul etmir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 108   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021