"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır.
Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir.
Məhkəmə Zeynal Usubovun şikayəti əsasında "VİP Motors" MMC-nin banklardakı hesablarında olan pul vəsaitlərinə 62 min 750 manat məbləğində həbs qoyulması barədə qərar qəbul edib.
Ərizəçinin bildirdiyinə görə, şirkət daşınmaz əmlakların subicarəyə verilməsi və avtomobil satışı ilə gəlir əldə etsə də, ona dividend ödənilməyib. Direktorun əsas icarə müqaviləsi üzrə ödənişləri həyata keçirməməsi səbəbindən müqavilənin ləğvi təhlükəsi yaranıb. Nəticədə təsisçi 62 min 750 manatlıq icarə borcunu özü ödəməli olub.
Təsisçi Zeynal Usubov direktorun fəaliyyəti ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparıldığını, şirkətdə audit keçirilməsi istiqamətində tədbirlər görüldüyünü də bildirib.
Məhkəmə gələcək qərarın icrasının çətinləşə biləcəyini nəzərə alaraq şirkətin bank hesablarına 62 min 750 manat həcmində həbs qoyub. Əməkhaqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişləri isə məhdudiyyətdən kənarda saxlanılıb.
Qeyd edək ki, şirkətin reyestr məlumatlarına əsasən, hazırda "VİP Motors" MMC-nin qanuni təmsilçisi Kənan Səmədov Cümşüd oğludur. Reyestrdə əvvəlki dövrlərdə Famil Abdiyev Faiq oğlu, Ramin Talıbov Cavanşir oğlu və Cəsarət Cəfərov Azahir oğlunun da adları yer alıb.
Xatırladaq ki, Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib. Zeynal Usubovun atası Mütəllim Usubov vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Yasamal şöbəsinin rəisi olub. O 2024-cü ildə investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirmək məqsədi ilə yatırdığı 945 min manatının Alışan Nizami Akif oğlu tərəfindən dələduzluqla ələ keçirilməsi ilə bağlı da gündəmə gəlmişdi. 2024-cü ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 210 Tarix: 29 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is
28 oktyabrMüdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin
28 oktyabrGənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifad
29 oktyabrBDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyi
29 oktyabrXınalıqda müəllim vəfat etdi
Uzun illər Azərbaycanın ən ucqar və qədim yaşayış məskənlərindən olan Qubanın Xınalıq kənd orta məktəbinin direktoru və müəllimi işləmiş Ənvər Hacıməmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar. Ə.Hacıməmmədov bu gün xəstəlik səbəbindən ölüb
28 oktyabr"Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını
28 oktyabrDoğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu
Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib
28 oktyabr