Cəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçib

Cəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçib8-10 sentyabr 2026-cı il tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən WTM Spotlight Riyadh 2026 beynəlxalq turizm sərgisində Zakher Travel olaraq Azərbaycanı təmsil etməkdən böyük qürur duyduq.

Sonxeber.az xəbər verir ki, bunu sözügedən şirkətin prezidenti Cəfər Qara deyib. O bildirib ki, Zakher Travel sərgidə öz stendi ilə iştirak etdi:

"Əsas məqsədimiz şirkətimizin beynəlxalq əlaqələrini genişləndirməklə yanaşı, Azərbaycanı turizm istiqaməti kimi Səudiyyə Ərəbistanında və ümumilikdə Körfəz ölkələri bazarında daha geniş tanıtmaq idi.

Sərginin üç günü bizim üçün olduqca məhsuldar keçdi. Bu müddət ərzində 500-dən çox B2B görüş və işgüzar müzakirə həyata keçirdik. Səudiyyə Ərəbistanından, Körfəz ölkələrindən və dünyanın müxtəlif bazarlarından olan turizm şirkətləri və peşəkarlarla yeni əlaqələr qurduq. Görüşlər zamanı Azərbaycanın turizm imkanlarını, Bakı ilə yanaşı regionlarımızı, mədəni və tarixi irsimizi, müxtəlif turizm məhsullarımızı tərəfdaşların diqqətinə çatdırdıq. Xüsusilə Səudiyyə Ərəbistanı bazarında Azərbaycana səyahətə olan yüksək və artan marağı bir daha müşahidə etdik".

O deyib ki, stendimizdə Azərbaycanın turizm potensialını əks etdirən videoçarxlar və müxtəlif təqdimat materialları nümayiş etdirildi:

"Eyni zamanda ölkəmizin yalnız turizm məkanı kimi deyil, mədəniyyəti, milli mətbəxi və qonaqpərvərliyi ilə də tanıdılmasına xüsusi diqqət yetirdik. Sərgi ziyarətçilərinə Azərbaycanın milli şirniyyatları və müxtəlif çərəzləri təqdim olundu. Bu da stendimizə gələn xarici qonaqlar tərəfindən böyük maraq və xoş təəssüratla qarşılandı.

Sərgidə digər mühüm istiqamətlərdən biri də Azərbaycanın sağlamlıq və tibbi turizm imkanlarının təqdimatı oldu. Zakher Travel-in tibbi tərəfdaşı Bakı Medical Plaza da bizimlə birlikdə sərgidə təmsil olunurdu. Stendimizi ziyarət edən qonaqlara Azərbaycanda mövcud olan müasir tibbi xidmətlər, müalicə imkanları və sağlamlıq turizmi haqqında ətraflı məlumat verildi. Məqsədimiz Azərbaycana gələn xarici qonaqlara ölkəmizin yalnız istirahət və səyahət üçün deyil, eyni zamanda keyfiyyətli tibbi xidmət və müalicə üçün də seçim ola biləcəyini göstərmək idi.

Sərgi müddətində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi ilə də sıx əlaqədə olduq. Səfirliyin və diplomatik korpusun əməkdaşları sərgi müddətində iki dəfə stendimizi ziyarət edərək fəaliyyətimiz və təqdim etdiyimiz layihələrlə yaxından maraqlandılar. Sərginin son günü isə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mütəllim Mirzəyev diplomatik korpusun digər əməkdaşları ilə birlikdə stendimizi ziyarət etdi. Görüş zamanı sərgidə gördüyümüz işlər, Azərbaycan turizminin Səudiyyə Ərəbistanında tanıdılması, mövcud imkanlar və gələcək perspektivlər barədə ətraflı fikir mübadiləsi aparıldı".

Cəfər Qara, "Biz Zakher Travel olaraq beynəlxalq turizm sərgilərində iştirakımızı yalnız şirkətimizin tanıdılması və yeni biznes əlaqələrinin qurulması kimi qiymətləndirmirik. Bu fəaliyyəti eyni zamanda Azərbaycanın turizm, mədəniyyət, qastronomiya və sağlamlıq turizmi potensialının beynəlxalq səviyyədə təbliğinə verilən töhfə hesab edirik.

WTM Spotlight Riyadh 2026-da keçirdiyimiz 500-dən çox işgüzar görüş, qurduğumuz yeni əlaqələr və Azərbaycan istiqamətinə göstərilən böyük maraq sərginin bizim üçün uğurlu nəticələrlə başa çatdığını deməyə əsas verir. İnanırıq ki, bu görüşlərin nəticələri yaxın gələcəkdə konkret əməkdaşlıqlara çevriləcək və Səudiyyə Ərəbistanından, eləcə də digər Körfəz ölkələrindən Azərbaycana daha çox turistin cəlb olunmasına öz töhfəsini verəcək",- deyə vurğulayıb.
Cəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçibCəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçibCəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçibCəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçibCəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçibCəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçibCəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçibCəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçibCəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçib


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 281   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb

17 may
.

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d

3 oktyabr
.

"Haaretz": İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq

İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq. "Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanı

4 iyul
.

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo

21 fevral
.

SEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib

Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. "Report"un məlumatına görə, bu barədə "Al Jazeera" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. "Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidin

30 may
.

Braziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb

Braziliyanın Olinda şəhərinin çimərliyində 13 yaşlı yeniyetmə köpəkbalığı dişləməsi nəticəsində həlak olub. "Report" xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb. Agentliyin yazdığına görə, oğlan dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunu

1 fevral
.

Azərbaycana daha çox xarici turist cəlb etmək üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Azərbaycan vətəndaşları üçün vizasız səfər imkanlarının genişlənməsi xaricə səyahətlərin daha əlçatan və rahat olmasına şərait yarada bilər. Viza prosedurlarının aradan qalxması və ya sadələşdirilməsi səyahət planlaşdırılmasını asanlaşdırmaqla yanaşı, turistlərin yeni istiqamətlərə marağını da artır

7 oktyabr
.

Avstraliyada təqaüdçü əmlakını mövcud olmayan adama miras qoydu

Avstraliyada yaşayan bir təqaüdçü öz evini reallıqda heç vaxt mövcud olmayan bir qadına vəsiyyət edib. xəbər verir ki, bu barədə "YourLifeChoices" nəşri məlumat yayıb. Perrin soyadlı şəxs 2024-cü ilin may ayında vəsiyyətnamə hazırlayaraq, daşınmaz əmlakını illər əvvəl internetdə tanış olduğ

17 oktyabr
.

Azərbaycana Çindən turist axını iyunda 76 % artıb

Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada

24 iyul 2025