Azərbaycana daha çox xarici turist cəlb etmək üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA
Azərbaycan vətəndaşları üçün vizasız səfər imkanlarının genişlənməsi xaricə səyahətlərin daha əlçatan və rahat olmasına şərait yarada bilər. Viza prosedurlarının aradan qalxması və ya sadələşdirilməsi səyahət planlaşdırılmasını asanlaşdırmaqla yanaşı, turistlərin yeni istiqamətlərə marağını da artıra bilər. Bu baxımdan, vizasız rejimlərin genişlənməsinin Azərbaycandan xaricə turist axınına təsiri də diqqət çəkən məsələlərdəndir.
Bəs, Azərbaycan vətəndaşları üçün vizasız səfər imkanlarının genişlənməsi xaricə səyahətlərin sayına və turistlərin istiqamət seçimlərinə necə təsir göstərə bilər və vizasız rejimlərin artması Azərbaycandan xaricə turist axınının yüksəlməsinə nə dərəcədə səbəb ola bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, Azərbaycana daha çox xarici turist cəlb etmək üçün ilk növbədə ölkənin turizm potensialının beynəlxalq bazarlarda daha məqsədyönlü və sistemli şəkildə tanıdılması vacibdir.
"Azərbaycan yalnız Bakı ilə deyil, Qarabağ və Şərqi Zəngəzur, Qəbələ, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara, Naxçıvan və digər regionların fərqli turizm imkanları ilə təqdim olunmalıdır. Bunun üçün rəqəmsal marketinq, beynəlxalq sərgilər, xarici media və influenserlərlə əməkdaşlıq, eləcə də konkret ölkələrin turist zövqünə uyğun reklam kampaniyaları genişləndirilməlidir.
Digər mühüm məsələ nəqliyyat əlçatanlığıdır. Birbaşa aviareyslərin sayının artırılması, yeni istiqamətlərin açılması və hava nəqliyyatında rəqabətin gücləndirilməsi turist axınına birbaşa təsir göstərə bilər. Turist üçün yalnız uçuşun mövcudluğu deyil, bilet qiymətinin münasib olması və səfərin ümumi xərclərinin rəqabətqabiliyyətli səviyyədə saxlanılması da əhəmiyyətlidir".
Ekspert bildirib ki, xidmət keyfiyyətinin yüksəldilməsi isə turizm strategiyasının əsas istiqamətlərindən biri olmalıdır:
"Otel, restoran, nəqliyyat, bələdçilik və digər xidmət sahələrində peşəkarlığın artırılması, xarici dil biliklərinin genişləndirilməsi və turist məmnuniyyətinin davamlı ölçülməsi vacibdir. Turistlərin yalnız Bakıda qalmasının qarşısını almaq üçün Bakı ilə regionlar arasında vahid turizm marşrutları və kombinə edilmiş paketlər hazırlanmalıdır. Məsələn, xarici turistə "Bakı-Şəki-Qəbələ", "Bakı-Qarabağ-Şərqi Zəngəzur", "Bakı-Lənkəran-Astara" kimi müxtəlif konsepsiyalarda hazır səyahət məhsulları təqdim etmək mümkündür.
Regionlarda turizm infrastrukturunun, xüsusilə yol, nəqliyyat, hotellər, restoranlar, istirahət və əyləncə obyektlərinin inkişafı da paralel aparılmalıdır. Eyni zamanda regionların özünəməxsus mətbəxi, təbiəti, tarixi-mədəni irsi, ekoturizm və kənd turizmi imkanları beynəlxalq auditoriyaya daha aktiv təqdim edilməlidir".
Onun sözlərinə görə, əsas məqsəd sadəcə turist sayını artırmaq deyil, turistin Azərbaycanda daha uzun müddət qalmasına və daha çox regionu ziyarət etməsinə nail olmaqdır. Bunun üçün "Azərbaycan - bir şəhər deyil, müxtəlif təcrübələrin ölkəsidir" yanaşması ilə vahid və rəqabətqabiliyyətli turizm məhsulu formalaşdırmaq lazımdır.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Pensiyalar bu tarixdə ödəniləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Xalq artisti evdə yıxılıb xəsarət aldı
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?