Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?
Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərdə kirayə qiymətlərinin bahalaşması, münasib qiymətə mənzil tapmağın isə çətinləşməsi gözlənilir.
Bəs, yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzillərə tələbin artması qiymətləri nə qədər yüksəldə bilər, təklifin məhdud qalması fonunda bahalaşmanın qarşıdakı aylarda davam etməsi gözlənilirmi və tələbələr daha münasib qiymətə mənzil tapmaq üçün hansı ərazilərə üstünlük verə bilərlər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak eksperti Fərid Cəfərli bildirib ki, yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur.
"Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının intensivləşməsi 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi artırıb. Mənzillərin kirayə qiymətlərinə təsir edən əsas amil yalnız tələbin artması deyil. Burada təklifin strukturu da mühüm rol oynayır. Bazarda tələbənin büdcəsinə uyğun və nəqliyyat baxımından əlverişli mənzillərin sayı məhduddur. Buna görə də qiymət artımı bütün mənzil seqmentlərində eyni səviyyədə baş vermir, əsas təzyiq aşağı və orta qiymət diapazonunda hiss olunur"
Ekspert bildirib ki, konkret olaraq "Bakıda kirayələr filan qədər bahalaşacaq" demək düzgün olmaz:
"Çünki şəhərin bütün rayonlarında və mənzil tiplərində eyni dinamika müşahidə olunmur. Lakin mövcud tendensiyalara əsasən, qarşıdakı qısa müddətdə, xüsusilə tələbələrin daha çox üstünlük verdiyi münasib qiymətli mənzillər üzrə birrəqəmli artımın davam etməsi real ssenaridir. Hazırkı vəziyyətdə kəskin və uzunmüddətli sıçrayışdan daha çox, tələb-təklif nisbətindən asılı olaraq lokal və ayrı-ayrı seqmentlər üzrə artım gözləmək daha əsaslıdır. Əgər təklif genişlənməsə və tələb yüksək olaraq qalsa, xüsusilə metro ətrafında və universitetlərə yaxın ərazilərdə qiymətlər ilin sonuna qədər müəyyən qədər yüksək səviyyədə qala bilər. Lakin tələbə axınının pik dövrü keçdikdən sonra bazarda müəyyən yumşalma ehtimalı da var".
Onun sözlərinə görə, məhdud büdcəli tələbələr üçün hazırkı bazarda ən səmərəli variantlardan biri iki və ya üç nəfərin birlikdə mənzil kirayələməsidir:
"Məsələn, 600 manatlıq 2 otaqlı mənzili iki tələbə birlikdə tutduqda hər birinin payına 300 manat düşür. Bu, şəhər daxilində ayrıca 1 otaqlı mənzil üçün 500-600 manat ödəməkdən daha sərfəli ola bilər. Aktiv elanlarda da belə nümunələrə rast gəlinir. Tələbələr yalnız mənzilin aylıq kirayə haqqına deyil, universitetə olan məsafəyə, metro və avtobus bağlantısına, kommunal xərclərə, depozitə, vasitəçi komissiyasına və müqavilə şərtlərinə birlikdə diqqət etməlidirlər. Çünki ucuz görünən mənzil son nəticədə nəqliyyat və digər əlavə xərclər hesabına daha baha başa gələ bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"
Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Azərbaycanda qızıl kəskin bahalaşdı
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?
Bakıda tanınmış restoranda biabırçılıq
Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video
Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Diş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO
"Kadir" "Eşref"i tək qoymayacaq
"WhatsApp"da yeni funksiya