Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsir edən əsas amillər sırasındadır. Bu dəyişikliklərin təhsilin keyfiyyətinə və müəllim peşəsinin nüfuzuna real təsiri də müzakirə olunan məsələlərdəndir.
Bəs, son illərdə Azərbaycanda müəllim peşəsinin nüfuzunu və təhsil sistemində müəllimin rolu necə qiymətləndirilir və əməkhaqqının artırılması, sertifikasiya və peşəkar inkişaf imkanları müəllimlərin iş motivasiyasına və təhsilin keyfiyyətinə nə dərəcədə təsir göstərir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, müəllimlik peşəsi artıq təkcə Azərbaycanda deyil, bütün dünyada çətin peşələrdən birinə çevrilib.
"Son vaxtlar Azərbaycanda da müşahidə edirik ki, müəllimlərin işə qəbulu imtahanından sonra müsahibə mərhələsi gəlir. Hətta işə qəbul imtahanının özündə də təkcə peşə bacarıqları və bilikləri yox, müəllimlərin daha geniş dünyagörüşü də yoxlanılır. Düşünürəm ki, bu günün müəllimi, müasir müəllim müəyyən qədər bilikli, bacarıqlı və hazırlıqlıdır. Çünki müəllimlər artıq bir neçə mərhələdən keçir: müəllimlərin işə qəbulu imtahanı, sertifikasiya və digər qiymətləndirmələr. Bu mərhələlərdən sonra seçilən müəllimlər övladlarımıza dərs deyirlər. Bu baxımdan, Azərbaycan müəlliminə də təhsildə inkişaf etmiş dünya ölkələrində olduğu kimi etimadımız artmalıdır".
Ekspert bildirib ki, əməkhaqqı məsələsinə gəldikdə isə, əlbəttə, bu göstərici hələ dünya standartlarına tam uyğunlaşmayıb:
"Amma öz üzərində işləyən və sertifikasiyada uğur göstərən müəllimlər var. Sertifikasiyada 30 baldan yuxarı nəticə göstərənlər əməkhaqqına 10 faiz, 50 baldan artıq nəticə göstərənlər isə 35 faiz əlavə ala bilirlər. Bu da göstərir ki, Azərbaycanda müəllim əməyi və fəaliyyəti müəyyən mənada onun özünü inkişaf etdirməsindən keçir. Bu imkanlar müəllimlərin peşəkar inkişafına şərait yaradır. Müəllimlər iş və şəxsiyyətlə bağlı bacarıqlarını, uğurlarını inkişaf etdirdikcə, növbəti illərdə də öz imkanlarını məhz bilik və bacarıqları hesabına artıra bilərlər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 117 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara
5 oktyabrApteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
4 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabr"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"
"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib
5 oktyabrDönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
4 oktyabrYağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrZəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
3 oktyabrAQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək
Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub
5 oktyabr