Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Maaş və pensiyaların artırılması müəyyən kateqoriyadan olan vətəndaşların gəlirlərinin və alıcılıq qabiliyyətinin yüksəlməsinə təsir göstərə bilər. Bu artımların əhalinin istehlak xərclərinə, əmək bazarına və ümumi iqtisadi aktivliyə təsiri ilə yanaşı, qiymətlərin dəyişməsi və inflyasiya baxımından mümkün nəticələri də diqqət çəkir. Xüsusilə gəlirlərin nominal deyil, real ifadədə nə qədər artacağı əsas məsələlərdən biridir.
Bəs, maaş və pensiyaların müəyyən kateqoriyalara şamil olunmaqla artırılması əhalinin alıcılıq qabiliyyətinə və real gəlirlərinə necə təsir göstərə bilər və bu artımlar inflyasiya, əmək bazarı və ölkə iqtisadiyyatı baxımından hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, pensiyaların artması bütün pensiyaçılara şamil olunur, təkcə müəyyən kateqoriyalara aid deyil:
"Maaşlarda isə minimum əməkhaqqının artırılması bütün əməkhaqlarının avtomatik artması demək deyil. Özəl sektorda minimum əməkhaqqı alan və ya əməkhaqqı minimum əməkhaqqına indeksasiya olunan şəxslərin maaşlarında artım ola bilər. Minimum əməkhaqqı artırıldıqda, tarif cədvəli ilə əməkhaqqı alan dövlət işçilərinin də maaşlarında artım baş verir. Özəl sektorda da şirkət tərəfindən minimum əməkhaqqına indeksasiya olunan tarif cədvəli tətbiq edilirsə, artım ola bilər. Lakin heç kim minimum əməkhaqqından aşağı əməkhaqqı verə bilməz".
Ekspert bildirib ki, pensiyalar isə indeksasiya metodu ilə bütün pensiyaçılar üzrə artırılır:
"Əməkhaqqı, pensiya və sosial müavinətlərin artması həmin təbəqələrin alıcılıq qabiliyyətini yüksəldəcək. Xüsusilə sosial cəhətdən həssas və gəlirləri aşağı olan əhalinin xərcləri əsasən daxili bazarda formalaşdığı üçün bu, iqtisadi aktivliyə müsbət təsir göstərə bilər. Düşünmürəm ki, bu artımlar inflyasiyanı xüsusi şəkildə tətikləsin. Hazırda inflyasiyanın əsas səbəbi idxaldır. Ölkədəki inflyasiyanın 60-70 faizinin idxalla izah olunduğu düşünülür. Yəni inflyasiyanın əsas səbəbi əməkhaqqının artması və ya tələbin çoxalması deyil. Daşıma xərclərinin artması və idxal qiymətlərinin bahalaşması əsas amillərdəndir".
Onun sözlərinə görə, bu artımların əsas məqsədi əhalinin sosial vəziyyətinin daha da pisləşməsinin və alıcılıq qabiliyyətinin aşağı düşməsinin qarşısını almaqdır:
"Çünki qiymətlər artır, maaşların artıb-artmamasından asılı olmayaraq, qiymət artımının qarşısını tam almaq mümkün deyil. Burada dünyada baş verən proseslər, idxalla bağlı məsələlər və xərc amilləri əsas rol oynayır. Tələb amilləri isə hələlik o qədər aktiv deyil. Bu baxımdan, həmin artımların xüsusi inflyasiya yaradacağını düşünmürəm. Əksinə, əmək bazarında əməkhaqqı artımına müsbət təsir göstərə və əhalinin real gəlirlərini artıra bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Dönər həvəskarlarına PİS XƏBƏR
Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?
Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?
Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video