Neftin qiyməti 125 dolları keçdi: Daha da bahalaşa bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Neftin qiymətinin 125 dollar ətrafında olması enerji bazarında qiymətlərin bundan sonra hansı istiqamətdə dəyişəcəyi ilə bağlı sualları artırır. Qlobal bazarda tələb, təklif, geosiyasi gərginlik və hasilatla bağlı qərarlar neftin qiymətinə təsir edən əsas amillər sırasında yer alır.
Bəs neftin qiyməti bundan sonra daha da arta bilərmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, hazırda "neftin qiyməti 125 dollar ətrafındadır" deyəndə hansı markanın nəzərdə tutulduğunu dəqiqləşdirmək vacibdir. Məsələn, 2 oktyabrda Brent nefti təxminən 102 dollar, Azərbaycanın Azeri Light nefti isə CIF bazasında 124,76 dollar olub.
Azeri Light üzrə 125 dollar səviyyəsinin daha da yüksəlməsi mümkündür. Hazırkı bahalaşmanın əsas səbəbi geosiyasi risklər, xüsusilə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, Hörmüz boğazından neft və neft məhsullarının daşınması ilə bağlı risklər və bəzi ölkələrin yanacaq ixracını məhdudlaşdırmasıdır. Çin oktyabr ayında bəzi neft məhsullarının ixracını dayandırıb, eyni zamanda ABŞ-ın Yaxın Şərqdə hərbi qüvvələrini artırması bazarda yeni təchizat böhranı ehtimalını gücləndirib.
Əgər İranla bağlı hərbi-siyasi gərginlik yenidən kəskinləşsə və Hörmüz boğazından keçən neft axınında ciddi məhdudiyyət yaransa, qiymətin 125 dollardan yuxarı qalxması real ssenaridir. Çünki bu halda söhbət sadəcə bazar gözləntilərindən yox, faktiki fiziki neft çatışmazlığı riskindən gedəcək. Beynəlxalq Enerji Agentliyi də Yaxın Şərqdən təchizatın tam bərpasının 2027-ci ilə qədər gecikə biləcəyini bildirir.
Amma 125 dolların uzun müddət qorunması başqa məsələdir. Əgər regionda gərginlik azalarsa, Hörmüz boğazından daşınmalar normallaşarsa və körfəz ölkələrinin hasilatı bərpa olunarsa, qiymətlər yenidən aşağı istiqamətə dönə bilər. Reuters-in sentyabrın sonunda sorğuladığı analitiklər 2026-cı il üçün Brentin orta qiymətini 89,05 dollar hesablayıblar.
Ona görə indiki şəraitdə 125 dollardan daha yüksək qiymət mümkündür, lakin bunun davamlı olması əsasən Yaxın Şərqdəki hadisələrin necə inkişaf etməsindən asılı olacaq. Azərbaycanın Azeri Light neftinin qiyməti Brentdən yüksək olduğuna görə, dünya bazarında Brentin hər 5-10 dollarlıq dəyişməsi Azərbaycan neftinin qiymətində də əhəmiyyətli fərq yarada bilər.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı