Tramp, Putin və Si Cinpin nüvə silahlarının azaldılmasını müzakirə edə bilər - BMT-dən açıqlama
Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ, Rusiya və Çin liderlərinin qarşıdakı görüşündən nüvə silahlarının azaldılması ilə bağlı təşəbbüsün ortaya çıxacağı təqdirdə bu prosesə dəstək verməyə hazırdır.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş noyabrın 16-da Manilada keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təşkilat nüvə silahlarının azaldılması istiqamətində hər hansı proqramın hazırlanmasına və həyata keçirilməsinə töhfə verməyə hazırdır.
Quterreş qeyd edib ki, belə bir nəticənin əldə olunacağı hələ dəqiq deyil. O, nüvəsizləşdirmə proqramı ortaya çıxarsa, BMT-nin bu prosesdə iştirak etməyə və onun uğurlu olması üçün töhfə verməyə hazır olduğunu vurğulayıb.
ABŞ Prezidenti Donald Trampın noyabrın 19-da Çinin Şençjen şəhərində Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə görüşü gözlənilir. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) tədbirləri çərçivəsində keçiriləcək.
Ağ Ev daha əvvəl Trampın üçtərəfli görüşdə dünya üzrə nüvə silahlarının azaldılması məsələsini qaldıracağını açıqlamışdı.
Lakin bu təşəbbüs Pekində birmənalı qarşılanmayıb. Çin uzun müddətdir ki, nüvə silahları ilə bağlı Vaşinqtonla birbaşa danışıqlara ehtiyatla yanaşır. Pekin hesab edir ki, daha böyük nüvə arsenalına sahib olan ABŞ və Rusiya ilk növbədə öz aralarında danışıqlar aparmalıdır.
Qeyd edək ki, ABŞ və Rusiya arasında nüvə silahlarına nəzarəti nəzərdə tutan sonuncu əsas müqavilə - Yeni START sazişi 2026-cı ilin fevralında başa çatıb. Bu isə iki ölkənin nüvə arsenalına qoyulan əvvəlki məhdudiyyətlərin aradan qalxması deməkdir.
Reuters-in məlumatına görə, Trampın Putin və Si Cinpinlə görüşündə İranla bağlı vəziyyətin də müzakirə olunacağı gözlənilir. Rusiya-Ukrayna müharibəsinin isə üçtərəfli görüşün gündəliyinə daxil edilməyəcəyi bildirilir.
BMT Baş katibi dünya dövlətləri arasında artan geosiyasi rəqabətin nüvə təhlükələrini gücləndirdiyi barədə də xəbərdarlıq edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Güclü küləklə bağlı xəbərdarlıq
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Prezidentin 1 həftəsi... - Video
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Tramp, Putin və Si Cinpin nüvə silahlarının azaldılmasını müzakirə edə bilər - BMT-dən açıqlama