Ukrayna Rusiyanın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdi

Ukrayna Rusiyanın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdiUkraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Başqırdıstan Respublikasında yerləşən iri neft-kimya komplekslərindən birinə hücum edib.

Sonxeber.az xəbər verir ki, noyabrın 17-nə keçən gecə Ufa və Salavat şəhərləri kütləvi dron hücumuna məruz qalıb. Başqırdıstanın Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları 50-dən çox pilotsuz aparatı zərərsizləşdirib.

Yerli sakinlər Salavat şəhərinin sənaye zonasından partlayış səsləri və yanğın parıltısı gördüklərini bildiriblər. Şahidlərin çəkdiyi görüntülərə əsasən, zərbələr Rusiyanın ən böyük neft-kimya müəssisələrindən biri olan "Qazprom Neftekhim Salavat" kompleksinə endirilib.

Müəssisədə benzin, dizel yanacağı, kerosin, polietilen, ammonyak və digər neft-kimya məhsulları istehsal olunur. Kompleksin istehsal etdiyi yanacağın bir hissəsinin hərbi ehtiyaclara, bəzi məhsulların isə müdafiə sənayesinə yönəldildiyi bildirilir.

Məlumata görə, kompleks oktyabrın 8-də də Ukrayna dronlarının hücumuna məruz qalmışdı. Həmin vaxt neft emalı zavodunun ərazisində yanğın baş vermişdi.

Rusiya Müdafiə Nazirliyi isə ötən gecə ölkənin 21 regionunda və ilhaq edilmiş Krım ərazisində ümumilikdə 1441 Ukrayna dronunun məhv edildiyini iddia edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 310   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp yaxın günlərdə Putinlə görüşü istisna etmir

ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüş keçirməyə hazırdır. RBK-nin məlumatına gör, ABŞ lideri bu barədə Manilada ASEAN sammiti çərçivəsində Dördtərəfl

17 noyabr
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

15 noyabr
.

Ticarət binasında güclü yanğın: 11 nəfər ölüb, 30-dan çox yaralı var

Taylandın Pxuket əyalətində baş verən yanğın nəticəsində 11 nəfər həyatını itirib, 30-dan çox insan xəsarət alıb. xəbər verir ki, bu barədə "Thai PBS" məlumat yayıb. Yanğın əyalətin Kathu rayonunun Patonq bölgəsində yerləşən ticarət binasında başlayıb. Alov qısa müddətdə yaxınlıqdakı binalar

16 noyabr
.

Estoniya mümkün müharibə və işğal dövründə rəqəmsal plan hazırlayır

Estoniya hərbi münaqişə, məlumat mərkəzlərinin dağıdılması və ya ölkə ərazisinin işğalı halında belə, dövlət rəqəmsal xidmətlərinin davamlı fəaliyyətini təmin edəcək strategiya hazırlayır. "Report"un POLITICO-ya istinadən məlumatına görə, Tallin ən ekstremal hallarda belə dövlət xidmətlərini

16 noyabr
.

Kallas Rusiya ilə danışıqlara təsir göstərməyə çalışacağını bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqının diplomatik xidmətinin danışıqlar qrupuna daxil edilməməsinə baxmayaraq, Ukrayna məsələsi ilə bağlı Rusiya və ABŞ arasında aparılacaq danışıqlara təsir göstərməyə çalışacağını bildirib. xəbə

16 noyabr
.

Aİ Rusiyaya qarşı sanksiya siyahısına daha 145 fiziki və hüquqi şəxsi daxil edib

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini və daha 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təsdiqləyiblər. APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Brüsseldə jurnalistlər

16 noyabr
.

Kainatda qeyri-adi qalaktika kəşf edildi - 99,98 faizi qara maddədən ibarətdir

Astronomlar kainatda indiyədək diqqət çəkən ən qeyri-adi qalaktikalardan birini aşkar ediblər. CDG-2 adlandırılan qalaktikanın ümumi kütləsinin 99,94-99,98 faizinin qaranlıq maddədən ibarət olduğu müəyyən edilib. xəbər verir ki, Toronto Universitetinin alimləri tərəfindən aşkar edilən bu qalaktika Yerdə

16 noyabr
.

Rusiya Ukraynanı bombaladı

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə qarşılıqlı hücumlar və hərbi əməliyyatlar intensivləşib. Rusiya ordusu Kiyevə və Ukraynanın bir sıra digər şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücumlar nəticəsində paytaxtın kritik infrastrukturu, körpüləri və metro sistem

17 noyabr
.

150-yə yaxın tikiş fabriki bağlandı: İşçilər maaş artımı tələb edir

Banqladeşdə minimum əməkhaqqının artırılması tələbi ilə keçirilən tətillər fonunda təxminən 150 tikiş fabriki fəaliyyətini dayandırıb. xəbər verir ki, etirazlar ölkənin əsas tekstil mərkəzləri olan Savar, Aşulia və Qazipur şəhərlərini əhatə edib. İşçilər aylıq minimum əməkhaqqının hazırkı 12 500 takada

16 noyabr