Azərbaycanda emal sənayesi 3 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın emal sənayesində 18 milyard 995,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Sonxeber.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.
Emal sənayesində ən çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+77,2 %), toxuculuq sənayesi (+50,9 %), əczaçılıq məhsullarının istehsalı (+47,4 %), tütün məmulatlarının istehsalı (+15,1 %), kağız və karton istehsalı (+14,6 %), elektrik avadanlıqlarının istehsalı (+9,2 %), rezin və plastik kütlə məmulatlarının istehsalı (+6,6 %), metallurgiya sənayesi (+6,4 %), qida məhsullarının istehsalı (+5,4 %), tikinti materiallarının istehsalı (+4,5 %) sahələrində olub.
Xatırladaq ki, 10 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,7 % azalaraq 58 milyard 539,6 milyon manat, o cümlədən neft-qaz sənayesi istehsalının ümumi dəyəri 1,7 % azalaraq 40 milyard 038,9 milyon manat, qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 4,8 % artaraq 18 milyard 500,7 milyon manat olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini
20 iyul 2021Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA
Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın
8 sentyabr 2021Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır
18 may 2021İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo
24 iyul 2021Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO
2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre
17 may 2021Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI
Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı
17 iyul 2021