Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Zeytun yağı sağlam qidalanmada geniş istifadə olunan məhsullardan biri hesab edilir. Lakin marketlərdə müxtəlif marka və qiymətlərlə satışa çıxarılan zeytun yağlarının hamısı eyni keyfiyyətə malik deyil. Bəzi məhsulların tərkibi, istehsal üsulu və saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir. İstehlakçılar isə çox vaxt qablaşdırmanın üzərindəki yazılara və qiymətə əsaslanaraq seçim edirlər.
Bəs həqiqi və keyfiyyətli zeytun yağını saxta və aşağı keyfiyyətli məhsullardan necə fərqləndirmək olar? Alış zamanı hansı məqamlara diqqət yetirilməlidir?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, keyfiyyətli zeytun yağı seçərkən ilk növbədə məhsulun etiketinə, istehsal üsuluna, mənşəyinə və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Ən yaxşı seçim, bir qayda olaraq, Extra Virgin (əlavə təmiz) zeytun yağıdır. Bu yağ mexaniki üsulla, kimyəvi emal və yüksək temperatur tətbiq edilmədən əldə olunur. Turşuluq göstəricisinin 0,8%-dən çox olmaması onun əsas keyfiyyət meyarlarından biridir. Lakin yalnız turşuluq göstəricisinə əsasən yağın keyfiyyətini müəyyən etmək düzgün deyil. İstehlakçılar məhsul alarkən etiketdə istehsal və son istifadə tarixini, mənşə ölkəsini, yağın növünü və istehsalçı haqqında məlumatları yoxlamalıdırlar. Mümkün qədər məhsulun istehsal tarixi daha yeni olanına üstünlük verilməlidir. Çünki zeytun yağı zaman keçdikcə oksidləşir və özünün bəzi faydalı xüsusiyyətlərini itirir.
Digər vacib məqam qablaşdırmadır. Zeytun yağı işıq, istilik və hava ilə təmas nəticəsində keyfiyyətini itirə bilər. Buna görə də tünd rəngli şüşə qabda və ya işıq keçirməyən uyğun qablaşdırmada təqdim olunan məhsullara üstünlük vermək məqsədəuyğundur. Şəffaf plastik qabda, birbaşa günəş işığı altında saxlanılan yağların alınmasından çəkinmək lazımdır.
Dad və qoxu da keyfiyyətin qiymətləndirilməsində müəyyən rol oynayır. Keyfiyyətli Extra Virgin zeytun yağında təzə zeytun, yaşıl ot, yarpaq və bəzən meyvə ətrini xatırladan notlar hiss oluna bilər. Dadında yüngül acılıq və boğazda müəyyən qədər kəskinlik olması isə tərkibindəki təbii fenol birləşmələri ilə əlaqəli ola bilər. Bu xüsusiyyətlər qüsur deyil, əksinə, keyfiyyətli yağın əlamətlərindən hesab olunur. Lakin dad və qoxu təkbaşına laboratoriya yoxlamasını əvəz etmir.
Zeytun yağının soyuducuda donması onun keyfiyyətli və ya təbii olmasını sübut etmir. Bu, geniş yayılmış yanlış fikirlərdən biridir. Yağın donması onun yağ turşularının tərkibindən və temperaturdan asılıdır.
Nəticə etibarilə, istehlakçılara mənşəyi məlum olan, etibarlı istehsalçı tərəfindən istehsal edilən, Extra Virgin kateqoriyasına aid, düzgün qablaşdırılmış və saxlanma şəraiti qorunmuş zeytun yağlarını seçməyi tövsiyə edirəm. Unutmaq olmaz ki, zeytun yağının üzərindəki yüksək qiymət və ya cəlbedici qablaşdırma onun keyfiyyətinə zəmanət vermir. Əsas meyar məhsulun real tərkibi, istehsal standartları və keyfiyyət göstəriciləridir.
Sağlam qidalanaraq sağlam yaşayın!
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi