Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAQonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməsi mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.

Belə hallarda vətəndaşlar bəzən hara müraciət etməli olduqlarını, zəbt olunmuş ərazini hansı hüquqi yollarla geri qaytara biləcəklərini və mübahisənin həlli üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu cür hallarda mülkiyyətçi hansı hüquqi addımları atmalı, qonşunun zəbt etdiyi torpaq sahəsini necə geri qaytarmalıdır?
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli Sonxeber.az-a açıqlamasında bildirdi ki, belə bir vəziyyətlə qarşılaşdıqda, ilk növbədə emosional davranmaqdan və münaqişəni özbaşına həll etməyə çalışmaqdan çəkinərdim. Çünki torpaq sahəsi ilə bağlı mübahisələrdə əsas məsələ şəxsi münasibətlər deyil, mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada qorunmasıdır. İlk addım olaraq, torpaq sahəsinin hüquqi statusunu və sərhədlərini təsdiq edən sənədləri - çıxarışı, torpaq planını və kadastr məlumatlarını araşdırardım. Daha sonra faktiki istifadə olunan ərazi ilə sənədlərdə göstərilən sərhədləri müqayisə edər, zərurət olduqda mütəxəssis tərəfindən yerində ölçmə və kadastr yoxlamasının aparılmasını təmin edərdim.

Əgər qonşunun həqiqətən də torpaq sahəmin bir hissəsini qanunsuz olaraq zəbt etdiyi müəyyən olunarsa, ilk növbədə məsələni qarşılıqlı razılaşma və qanuni dialoq yolu ilə həll etməyə çalışardım. Bununla belə, bu cəhd nəticə verməzsə, müvafiq dövlət orqanlarına müraciət edərək qanun pozuntusunun araşdırılmasını tələb edərdim. Mülkiyyət hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək də hüquqi mexanizmlərdən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi mülkiyyət hüququnu təmin edir. Mülki Məcəllənin 157-ci maddəsi isə mülkiyyətçinin hüquqlarının müdafiəsi mexanizmlərini müəyyən edir. O cümlədən, mülkiyyətçi qanunsuz sahiblikdən əmlakının geri qaytarılmasını və mülkiyyət hüququnun pozulmasının aradan qaldırılmasını tələb edə bilər.

Burada xüsusilə vurğulamaq istərdim ki, qonşunun torpaq sahəsini zəbt etməsi faktı sübutlarla təsdiqlənməlidir. Bu məqsədlə mülkiyyət sənədləri, kadastr planı, geodeziya ölçmələri, foto və video materiallar, eləcə də digər hüquqi əhəmiyyətli sübutlardan istifadə edilə bilər. Mənim prinsipial mövqeyim ondan ibarətdir ki, heç kəs öz hüququnu qanunsuz üsullarla müdafiə etməməlidir. Qanunun aliliyi, mülkiyyət hüququnun toxunulmazlığı və mübahisələrin hüquqi müstəvidə həlli əsas götürülməlidir. Nəticə etibarilə, belə bir vəziyyətdə məqsədim qonşu ilə münaqişə yaratmaq deyil, pozulmuş mülkiyyət hüququnu qanuni, obyektiv və sübutlara əsaslanan şəkildə bərpa etmək olardı. Çünki hüquqi dövlətdə hər bir şəxsin hüququ qorunmalı, heç bir şəxs digərinin mülkiyyət hüququnu özbaşına məhdudlaşdıra bilməməlidir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 297   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr