İz qoymaq üçün tarixin izini silənlər: Şuşanın təbii irsi üçün hansı risklər yaranır?
Şuşada bəzi turistlərin qayaların üzərinə müxtəlif yazılar yazması həm təbiətə, həm də tarixi əhəmiyyət daşıyan məkanlara zərər vurulması ilə bağlı narahatlıq yaradıb. Qoruq İdarəsinin məlumatına görə, bu cür yazılar sonradan silinsə də, təmizləmə zamanı qayalara əlavə zərər dəyməsi mümkündür və belə hallar artıq təkrarlanır.
Bəs, turistlərin qayalar üzərinə yazılar yazması Şuşanın təbii və tarixi-mədəni irsi üçün hansı risklər yaradır və belə halların qarşısını almaq üçün nəzarət, cərimə və maarifləndirmə baxımından hansı tədbirlər gücləndirilməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirib ki, turistlərin Şuşada qayaların üzərinə müxtəlif yazılar yazması şəhərin təbii və mədəni irsinə ciddi zərər vura bilər:
"Belə müdaxilələr tarixi məkanların ilkin görünüşünü pozmaqla yanaşı, onların gələcək nəsillərə olduğu kimi ötürülməsinə mane olur. Qayaların səthinə həkk olunan yazıların təmizlənməsi isə bəzən əlavə zədələnmələrə səbəb ola və bərpa işlərini çətinləşdirə bilər. Bu cür halların qarşısının alınması üçün turizm obyektlərində maarifləndirici lövhələrin və xəbərdaredici nişanların yerləşdirilməsi vacibdir".
Ekspert bildirib ki, eyni zamanda, tarixi və təbii ərazilərdə nəzarət mexanizmləri gücləndirilməli, qaydaları pozan şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər görülməlidir:
"Turistlərə səfər zamanı tarixi abidələrə və təbiətə hörmətlə yanaşmağın vacibliyi həm bələdçilər, həm də turizm şirkətləri tərəfindən izah edilməlidir. Sosial şəbəkələr və media vasitəsilə aparılan maarifləndirici kampaniyalar da turistlərdə məsuliyyətli davranış vərdişlərinin formalaşmasına kömək edə bilər. Şuşanın zəngin tarixi və təbii irsinin qorunması həm dövlət qurumlarının, həm turizm sektorunun, həm də hər bir ziyarətçinin ortaq məsuliyyətidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 560 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb
Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb
17 mayYaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
3 oktyabr"Haaretz": İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq
İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq. "Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanı
4 iyulQədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralSEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib
Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. "Report"un məlumatına görə, bu barədə "Al Jazeera" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. "Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidin
30 mayBraziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb
Braziliyanın Olinda şəhərinin çimərliyində 13 yaşlı yeniyetmə köpəkbalığı dişləməsi nəticəsində həlak olub. "Report" xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb. Agentliyin yazdığına görə, oğlan dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunu
1 fevralAvstraliyada təqaüdçü əmlakını mövcud olmayan adama miras qoydu
Avstraliyada yaşayan bir təqaüdçü öz evini reallıqda heç vaxt mövcud olmayan bir qadına vəsiyyət edib. xəbər verir ki, bu barədə "YourLifeChoices" nəşri məlumat yayıb. Perrin soyadlı şəxs 2024-cü ilin may ayında vəsiyyətnamə hazırlayaraq, daşınmaz əmlakını illər əvvəl internetdə tanış olduğ
17 oktyabrAzərbaycana Çindən turist axını iyunda 76 % artıb
Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada
24 iyul 2025