Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirmə zamanı fərqli əmsallardan istifadə olunacaq. Bu isə o deməkdir ki, bütün pensiyaçılar eyni qaydada artım əldə etməyəcəklər. Bəs yeni dəyişikliklər kimlərin pensiyasına necə təsir edəcək?
Aşağı məbləğdə pensiya alanlar daha çox artım əldə edəcəklərmi? Yeni mexanizm pensiyaçılar arasında sosial bərabərsizliyi azaltmağa imkan verəcəkmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Milli Məclisdə qəbul olunan və 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliyə görə pensiyaların indeksləşdirilməsində diferensial yanaşma tətbiq ediləcək. Hazırda bütün pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə, yəni ölkə üzrə orta aylıq əməkhaqqının illik artım faizinə uyğun artırılır. Yeni qaydaya görə isə ölkə üzrə orta aylıq əməkhaqqına qədər olan hissə tam indeksləşdiriləcək. Orta aylıq əməkhaqdan yuxarı olan hissəyə isə 0,2-dən 0,5-ə qədər azaldıcı əmsallar tətbiq ediləcək.
Məsələn, orta aylıq əməkhaqqı 1176 manatdırsa, pensiyası 1000 manat olan şəxsin pensiyası tam faizlə artacaq. Pensiyası 2000 manat olan şəxsin isə 1176 manata qədər olan hissəsi tam, 1176 manatdan yuxarı olan 824 manatlıq hissəsi isə azaldılmış əmsalla artacaq. Rəsmi məlumata görə pensiyaçıların 90 faizdən çoxunun pensiyası orta maaşa çatmadığı üçün onlar üçün dəyişiklik olmayacaq və artım əvvəlki qaydada tam tətbiq ediləcək. Bu mexanizm bütün növ əmək pensiyalarına, yəni yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalara şamil ediləcək. Məqsəd aşağı pensiya alanların artımının yüksək pensiya alanlarla müqayisədə daha ədalətli qorunması və pensiya fondunun dayanıqlılığının təmin edilməsidir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 856 Tarix: 30 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021