WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA

WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMASon dövrlər mesajlaşma tətbiqlərində istifadəçi hesablarının ələ keçirilməsi halları kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Dələduzlar müxtəlif aldatma üsullarından, saxta mesaj və keçidlərdən, eləcə də təsdiq kodlarını ələ keçirmək cəhdlərindən istifadə edərək vətəndaşların şəxsi yazışmalarına və hesablarına giriş əldə etməyə çalışırlar. İkiaddımlı doğrulama funksiyası əlavə təhlükəsizlik yaratsa da, istifadəçilərin diqqətli olması və hesabların qorunması üçün zəruri tədbirləri görməsi vacibdir.

Bəs, WhatsApp hesabları ən çox hansı üsullarla ələ keçirilir və ikiaddımlı doğrulama aktiv olduğu halda belə bu risk mövcud ola bilərmi? Vətəndaşlar hesablarının təhlükəsizliyini qorumaq üçün hansı tədbirləri görməli, hesabları ələ keçirildikdə isə ilk növbədə hansı addımları atmalıdırlar?
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə Mühəndis, Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev də bildirib ki, som günlər müşahidə edilə bilər ki, bəzi istifadəçilər öz WhatsApp hesablarınını itirirlər.

"Bəzi hallarda geri qaytarma 24 saat vəya daha çox vaxy hesabına başa gəlir. Kiberdələduzlar müxtəlif bəhanələrlə istifadəçilərin etibarını qazanaraq onların hesablarına giriş əldə etməyə çalışırlar. Ən geniş yayılmış üsullardan biri istifadəçiyə göndərilən altırəqəmli təsdiqləmə kodunun ələ keçirilməsidir. Dələduzlar özlərini WhatsApp əməkdaşı, mobil operator nümayəndəsi və ya tanış şəxs kimi təqdim edərək həmin kodu istəyirlər. Digər üsul isə saxta keçidlər və QR kodlar vasitəsilə istifadəçilərin aldadılmasıdır. Məsələn, "Bu şəkildə sənsən?", "Bu videoya bax" kimi mesajlarla istifadəçilər saxta səhifələrə yönləndirilir".

Ekspert bildirib ki, WhatsApp-ın "Əlaqələndirilmiş cihazlar" funksiyasından sui-istifadə halları ola bilər:

"Bu zaman istifadəçi aldadılaraq dələduzun cihazını öz hesabına qoşur. Nəticədə WhatsApp istifadəçinin telefonunda işləməyə davam etsə də, üçüncü şəxs onun hesabına əlavə cihazdan giriş əldə edə bilir.
İkiaddımlı doğrulama aktiv olduqda belə hesabın ələ keçirilməsi mümkündür. Çünki bu funksiya əlavə təhlükəsizlik səviyyəsi yaratsa da, bütün hücum növlərindən qorumur. Xüsusilə istifadəçi özü aldadılaraq başqa cihazın əlaqələndirilməsini təsdiqləyərsə, ikiaddımlı doğrulama kifayət etməyə bilər. Buna görə yalnız bu funksiyaya güvənmək düzgün deyil. Vətəndaşlar hesablarını qorumaq üçün ilk növbədə ikiaddımlı doğrulamanı aktivləşdirməli, SMS vasitəsilə gələn təsdiqləmə kodlarını heç kimlə paylaşmamalı, şübhəli keçidlərə daxil olmamalı və naməlum QR kodları skan etməməlidirlər. Eyni zamanda, WhatsApp-ın "Əlaqələndirilmiş cihazlar" bölməsi mütəmadi yoxlanılmalı, tanınmayan cihazlar dərhal siyahıdan çıxarılmalıdır. Hesabın bərpası üçün istifadə edilən elektron poçtun təhlükəsizliyi də təmin olunmalıdır".

Onun sözlərinə görə, hesab ələ keçirildikdə isə dərhal tədbir görülməlidir:

"WhatsApp hələ aktivdirsə, tanınmayan əlaqələndirilmiş cihazların çıxışı dayandırılmalıdır. Hesaba giriş itirilibsə, istifadəçi öz nömrəsi ilə yenidən qeydiyyatdan keçərək hesabına nəzarəti bərpa etməyə çalışmalıdır. Əlavə PIN tələb olunduqda bərpa prosesi müəyyən müddət çəkə bilər. Bununla yanaşı, yaxın şəxslər dərhal məlumatlandırılmalıdır ki, ələ keçirilmiş hesabdan göndərilən pul istəklərinə və şübhəli mesajlara inanmasınlar. Maddi zərər və ya dələduzluq faktı olduqda hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Kiberdələduzlar əksər hallarda texniki boşluqlardan deyil, insanların diqqətsizliyindən və etibarından istifadə edirlər. Buna görə də rəqəmsal savadlılığın artırılması, şübhəli müraciətlərə ehtiyatla yanaşılması və təhlükəsizlik qaydalarına əməl olunması WhatsApp hesablarının qorunmasında əsas amillərdəndir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 714   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR

"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr

30 oktyabr
.

Professor Adilə Abbasova vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib. Bu barədə Qaynarinfo-ya BDU-dan məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1992-ci ildə Azərbayca

29 oktyabr
.

BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyi

29 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr
.

Zaur Rzayev vəfat etdi - Yenilənib

Xalq artisti Zaur Rzayev vəfat edib. "Qafqazinfo" -a istinadla xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Z. Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Allah rəhmət etsin!. *. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mərkəzi Neftçilə

29 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Bu il həbsxanalarda 3 uşaq doğulub

Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. -a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici digər illərlə müqayisədə azdır. Son 5 ildə ən yüksək göstərici isə 2024-cü ildə qeydə alınıb. Son beş ildə cəzaçəkmə müəssisəsində qeydə alınan doğumlar:. 2021-c

29 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr