Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşən iş yükünün çoxluğu, şagirdlərin fərdi şəkildə psixoloji dəstək almasını çətinləşdirə bilər.
Xüsusilə yeniyetmələr arasında aqressiya, davranış pozuntuları, bullinq, ailədaxili problemlər və emosional gərginlik kimi halların mövcudluğu məktəb psixoloqlarının fəaliyyətinin əhəmiyyətini daha da artırır. Bəs məktəblərdə psixoloq çatışmazlığı hansı problemlərə yol açır? Hər məktəbdə psixoloq ştatının artırılmasına ehtiyac varmı?
Mövzu ilə bağlı təhsil eksperti Anar Hüseynov Sonxeber.az-a açıqlamasında bildirdi ki, məktəblərdə psixoloqların sayının az olması ciddi problemdir. Bəzi təhsil müəssisələrində bir psixoloqun yüzlərlə, hətta minlərlə şagirdlə işləməsi tələb olunur. Belə olan halda həmin mütəxəssisin hər bir şagirdlə fərdi məşğul olması, onların psixoloji vəziyyətini mütəmadi izləməsi mümkün deyil. Psixoloqun işi formal xarakter daşımamalı, real nəticəyə hesablanmalıdır. Bu gün məktəblərdə bullinq, şagirdlər arasında aqressiya, müəllim-şagird münasibətlərində gərginlik və yeniyetmələrin psixoloji problemləri kimi məsələlər mövcuddur.
Bu problemlərin qarşısının alınmasında məktəb psixoloqlarının rolu böyükdür. Hesab edirəm ki, məktəblərdə şagird sayına uyğun psixoloq ştatları müəyyənləşdirilməli, zərurət olan təhsil müəssisələrində əlavə mütəxəssislər işə cəlb edilməlidir".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 208 Tarix: 30 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas
30 oktyabrMəktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
30 oktyabrCeyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusun
29 oktyabrBu il həbsxanalarda 3 uşaq doğulub
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. -a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici digər illərlə müqayisədə azdır. Son 5 ildə ən yüksək göstərici isə 2024-cü ildə qeydə alınıb. Son beş ildə cəzaçəkmə müəssisəsində qeydə alınan doğumlar:. 2021-c
29 oktyabrHakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli
29 oktyabr