"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub.
Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb.
Onun sözlərinə görə, uşağın bədənin müxtəlif hissələrində qızartılar var:
"Uşağımı bağçadan götürəndə deyirdi ki, "mama, ak elədilər". Mən başda ciddiyə almadım. Lakin sonra uşağın qəribə hərəkətlər etdiyini gördüm. Başına vurur, saçını yolur və "İslam, bəsdir" deyir. Uşaq bunun kim tərəfindən ona edildiyini demirdi. Müəllimə də neçə dəfə oğlumun belə hərəkət etdiyini demişəm. Müəllimi isə ona heç nə edilmədiyini deyirdi. Bir neçə dəfə də uşağımın qolunda qançırların olduğunun şahidi olmuşam. Hiss olunur ki, kimsə çimdik götürüb. Yenə də gözardı etmişdim, üstünə getmədim. Bağçaya gedəndə müəllim uşağın dəcəllik elədiyini, yatmadığını, pəncərəyə yapışdırılan kağızları qopardığını deyib. Uşağın üzünü yuyanda qulağının ağrıdığını hiss etdim. Baxanda gördüm ki, göyərib qulağının arxası. Sonra paltarlarını soyundurdum gördüm ki, boğazında cırmaq izi var, qolunda qızartılar var. Mən bunu onlara sübut edə bilmirəm ki, uşağımı bağçada döyürlər".
Məsələ ilə bağlı açıqlama almaq üçün bağçanın direktoru Rəvanə Ağayeva ilə əlaqə saxladıq. O bildirib ki, məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsi (BŞTİ) məlumatlıdır, mövqe qurum tərəfindən təqdim ediləcək.
Səsləndirilən iddia ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ünvanlanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 138 Tarix: 30 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas
30 oktyabrMəktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
30 oktyabrCeyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusun
29 oktyabrBu il həbsxanalarda 3 uşaq doğulub
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. -a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici digər illərlə müqayisədə azdır. Son 5 ildə ən yüksək göstərici isə 2024-cü ildə qeydə alınıb. Son beş ildə cəzaçəkmə müəssisəsində qeydə alınan doğumlar:. 2021-c
29 oktyabrHakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli
29 oktyabr