Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz.
Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib.
"Nəzərə almaq lazımdır ki, telefonların zərərləri hələ tam öyrənilməyib. Telefon və qacetləri nə qucaqlayıb, nə də yastığın altına qoyub yatmaq olar. Başınızdan bir metr, ən azı yarım metr uzaq saxlamaq daha yaxşıdır. Bu, ən təhlükəsiz məsafədir", - ekspert "Sputnik" radiosuna müsahibəsində qeyd edib.
Yastrebçev cihazı başdan uzaq məsafədə tutmaq üçün simsiz qulaqcıq istifadə etməyi məsləhət görüb. Ekoloq əlavə edib ki, qulaqcıq da insanı şüalandırır, amma təsiri telefonla müqayisədə zəifdir.
O, kardiostimulyatoru olan insanlara telefonu çox yaxın tutmamağı tövsiyə edir, əks halda qacet elektromaqnit müdaxiləsi yaratmağa başlayacaq. Ekspert xəbərdarlıq edib ki, şəbəkə zəifləməyə başlayanda smartfondan gələn radiasiya artır:
"Rabitə baza stansiyası uzaqda olarsa, məsələn, bir kənddə, bağçada, telefon baza stansiyası ilə əlaqə qurmaq üçün çox enerji sərf edir və o zaman radiasiya artır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1178 Tarix: 18 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı-Balakən qatarının hərəkəti bərpa olunur
20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada
30 oktyabrKəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü
Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə
29 oktyabrMəktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün ayrıca mühafizəçi ştatının yaradılması məsələsi gündəmə gəlir. Bəzi təhsil müəssisələrində mühafizə funksiyasının texniki işçilər tərəfindən yerinə yetirilməsi təhlükəsizlik tədbirlərinin nə dərəcədə effektiv olması ilə bağlı suallar yaradır
29 oktyabrProfessor Adilə Abbasova vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib. Bu barədə Qaynarinfo-ya BDU-dan məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1992-ci ildə Azərbayca
29 oktyabrZaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
30 oktyabrBakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını
30 oktyabrMəktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını
29 oktyabr