Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq

Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaqYaponiyanın məşhur "VIVANT" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq.

Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosu (ATB) məlumat yayıb.

Bildirilib ki, serialın Azərbaycanda çəkilişləri başa çatıb. Agentlik "Tokyo Broadcasting System Television, Inc." (TBS) ilə əməkdaşlıq çərçivəsində post-prodakşn mərhələsinə dəstək göstərib.

Məlumata əsasən, serialın auditoriyasına Azərbaycanı daha geniş tanıtmaq məqsədilə "TBS" və "VIVANT"ın tanıtım kanalları vasitəsilə xüsusi kommunikasiya kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində sosial media paylaşımları, media və qəzet materialları, serialın rəsmi internet səhifəsində Azərbaycana həsr olunmuş xüsusi məzmun, bələdçi kitabı, aktyorların iştirakı ilə televiziya proqramları və çəkilişlərin pərdəarxası görüntülərinin təqdim edilməsi nəzərdə tutulur.

Serialın ikinci mövsümü Yaponiyada "TBS", "U-NEXT" və "TVer" platformalarında yayımlanacaq, daha sonra isə "Netflix" vasitəsilə beynəlxalq auditoriyaya təqdim olunacaq.

"VIVANT" serialının ilk mövsümü Yaponiyada 60 milyondan çox tamaşaçıya çatıb. İkinci mövsümdə Azərbaycanın geniş təqdim olunması ölkənin təbii və mədəni irsinin beynəlxalq auditoriyaya çatdırılmasına, eləcə də müxtəlif turizm məkanlarına marağın artırılmasına xidmət edəcək.

Bundan əlavə, "TBS" ilə əməkdaşlıq çərçivəsində bu ilin əvvəlində "World Heritage" proqramının çəkilişləri Azərbaycanda həyata keçirilib. Proqram vasitəsilə ölkənin turizm məkanlarının Yaponiyada tanıdılması istiqamətində iş aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 189   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran suda yerləşən neft-qaz yataqlarının kəşfiyyatını bərpa etmək istəyir

Bu il İran Fars körfəzindəki neft-qaz yataqlarının axtarışını bərpa etməyi planlaşdırır. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Mehr" agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu işlə İran Milli Neft Şirkəti (NIOC) məşğul olacaq. İran suda yerləşə

5 aprel 2025
.

Oteldə İNTİHAR: müştəri özünü binadan atdı

Rusiyanın paytaxtı Moskvada otelin müştərisi intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə saat gecə saatlarında Leninski prospektindəki yerləşən "Salyut" otelində baş verib. Moskva vilayətinin Mıtişi şəhərindən olan 37 yaşlı kişi binanın pəncərəsindən özünü atıb və hadisə yerind

19 oktyabr 2025
.

BƏƏ Suriyada vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləyir

BƏƏ silahlı qrupların Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücumlarını pisləyib və respublikada təhlükəsizliyin təmin edilməsi üçün tədbirləri dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Qeyd olunub ki

9 mart 2025
.

Dağıstanda daha bir yüksəkvəzifəli məmur saxlanılıb

Rusiyanın təhlükəsizlik orqanları Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyevi saxlayıblar. -ın məlumatına görə, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat verib. Qeyd olunur ki, Mahmud Əmirəliyev bir neçə gün əvvəl saxlanılan Dağıstan Respublikasını

5 iyul 2025
.

Braziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb

Braziliyanın Olinda şəhərinin çimərliyində 13 yaşlı yeniyetmə köpəkbalığı dişləməsi nəticəsində həlak olub. "Report" xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb. Agentliyin yazdığına görə, oğlan dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunu

1 fevral
.

Azərbaycana Avropadan turist axını 15 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana Avropa ölkələrindən 41 941 turist səfər edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 20 731 turist gəlib. Bu da

30 may
.

İz qoymaq üçün tarixin izini silənlər: Şuşanın təbii irsi üçün hansı risklər yaranır?

Şuşada bəzi turistlərin qayaların üzərinə müxtəlif yazılar yazması həm təbiətə, həm də tarixi əhəmiyyət daşıyan məkanlara zərər vurulması ilə bağlı narahatlıq yaradıb. Qoruq İdarəsinin məlumatına görə, bu cür yazılar sonradan silinsə də, təmizləmə zamanı qayalara əlavə zərər dəyməsi mümkündür və bel

7 sentyabr
.

Videooyun nəhəngi "Ubisoft"un həmtəsisçisi Fransada təyyarə qəzasında ölüb

Fransanın "Ubisoft" şirkətinin həmtəsisçisi Klod Giyemo (Claude Guillemot) Fransanın qərbində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub. "Report" "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, qəza iyunun 19-da axşam saatlarında Atlantika Luaras

20 iyun
.

Husilər İsrailə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailə növbəti raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər. "Report" TASS-a istinadən xəbər verir ki, hərəkatın nümayəndəsi Yəhya Saria bildirib ki, üsyançı qüvvələr Təl-Əvivdəki hərbi obyektə hipersəsli ballisti

3 may 2025