Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb
Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb.
"Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.
"İstənilən anda Almaniyaya hücum riskini nəzərə almaq lazımdır", - daxili işlər naziri deyib.
Onun sözlərinə görə, ölkəyə qarşı hücum planları getdikcə daha aydın olur. Nazir qeyd edib ki, təhdidlər Almaniyanın infrastruktur obyektlərinə, ayrı-ayrı şəxslərə, dövlət və ya ictimai qurumlara yönəlmiş ola bilər.
Almaniyanın Daxili İşlər Nazirliyi hələlik əlavə təfərrüatlar açıqlamayıb.
Son illərdə ölkədə bir sıra rezonans doğuran hücumlar baş verib. Xüsusilə, keçən ay Səudiyyə Ərəbistanından olan bir həkim şərqi Almaniyanın Maqdeburq şəhərindəki tarixi Milad yarmarkasının ziyarətçilərinin üzərinə avtomobil sürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.
Bundan əlavə, keçən il Almaniya məhkəməsi Suriya vətəndaşını 2024-cü ildə ölkənin qərbindəki Zolingen şəhərində festivalda bıçaqla hücum etməkdə təqsirli bilib. İstintaq müəyyən edib ki, cinayətkar İŞİD terror qruplaşmasının ideologiyasının təsiri altında hərəkət edib.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 443 Tarix: 18 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb
Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb. "Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsind
18 iyulAzərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq
Yaponiyanın məşhur "VIVANT" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosu (ATB) məlumat yayıb. Bildirilib ki, serialın Azərbaycanda çəkilişləri başa çatıb. Agentlik "Tokyo Broadcastin
15 oktyabrDağıstanda daha bir yüksəkvəzifəli məmur saxlanılıb
Rusiyanın təhlükəsizlik orqanları Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyevi saxlayıblar. -ın məlumatına görə, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat verib. Qeyd olunur ki, Mahmud Əmirəliyev bir neçə gün əvvəl saxlanılan Dağıstan Respublikasını
5 iyul 2025Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralAİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb
Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb
17 mayAzərbaycana Çindən turist axını iyunda 76 % artıb
Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada
24 iyul 2025