Xaricə səfərlərə maraq artır: Yerli turizmi nə gözləyir?

Xaricə səfərlərə maraq artır: Yerli turizmi nə gözləyir?Son dövrlər Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinə maraq müxtəlif amillərlə əlaqələndirilir. Turizm imkanlarının genişlənməsi, viza rejimi və nəqliyyat əlaqələri ilə yanaşı, təhsil, iş, alış-veriş və qohum ziyarətləri də səfərlərin artmasına təsir göstərə bilər. Xaricə səyahətə marağın yüksəlməsi fonunda ölkədaxili turizmin rəqabət qabiliyyəti, xidmətlərin keyfiyyəti və istirahət qiymətlərinin əlçatanlığı məsələləri də aktuallaşır.

Bəs, Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin artmasının əsas səbəbləri nələrdir və bu səfərlərin nə qədəri turizm, nə qədəri isə təhsil, iş və digər məqsədlərlə bağlıdır? Xaricə səyahətə marağın artması yerli turizm sektoruna necə təsir edir və daxili turizmi daha cəlbedici etmək üçün hansı addımlar atılmalıdır?
Xaricə səfərlərə maraq artır: Yerli turizmi nə gözləyir?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin artmasını ilk növbədə əhalinin sosial rifahının yüksəlməsi, səyahət imkanlarının genişlənməsi və insanların dünyanı daha yaxından tanımaq istəyinin artması ilə əlaqələndirmək olar.

"Bu gün xaricə səfərlər yalnız istirahət məqsədi daşımır, eyni zamanda işgüzar görüşlər, təhsil, müalicə, alış-veriş və qohumlarla görüş kimi müxtəlif səbəblərlə də bağlıdır. Azərbaycanla digər ölkələr arasında ticarət əlaqələrinin genişlənməsi, biznes mühitinin inkişafı və sahibkarlıq üçün yaradılan imkanlar işgüzar səfərlərin artmasına da müsbət təsir göstərir. Digər mühüm amil Azərbaycan Hava Yollarının mütəmadi endirimli qiymətlər təqdim etməsi, yeni istiqamətlərin açılması və turizm şirkətlərinin müxtəlif büdcələrə uyğun səyahət paketləri təklif etməsidir. Xaricə səfərlərin artması ölkəmizin beynəlxalq iqtisadi və mədəni əlaqələrinin genişlənməsinə xidmət etsə də, bu proses yerli turizm sektoru üçün müəyyən rəqabət çağırışları yaradır. Bununla belə, xaricə səyahət edən vətəndaşların sayının artmasını daxili turizmə marağın azalması kimi qiymətləndirmək düzgün olmazdı, çünki insanlar müxtəlif mövsümlərdə həm xarici, həm də yerli istiqamətlərə üstünlük verə bilərlər. Qarabağ və Şərqi Zəngəzur, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara və digər bölgələrimiz zəngin təbiəti, tarixi irsi və mədəni imkanları ilə həm yerli, həm də xarici turistlər üçün cəlbedici istiqamətlərə çevrilə bilər. Əsas məqsədimiz vətəndaşların həm xaricdə, həm də ölkə daxilində rahat və keyfiyyətli səyahət etməsi üçün şərait yaratmaq, daxili turizmdə rəqabətqabiliyyətliliyi artırmaq və turizmin ölkə iqtisadiyyatına verdiyi töhfəni daha da gücləndirmək olmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 392   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb

17 may
.

Videooyun nəhəngi "Ubisoft"un həmtəsisçisi Fransada təyyarə qəzasında ölüb

Fransanın "Ubisoft" şirkətinin həmtəsisçisi Klod Giyemo (Claude Guillemot) Fransanın qərbində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub. "Report" "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, qəza iyunun 19-da axşam saatlarında Atlantika Luaras

20 iyun
.

Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəz

30 may
.

"Haaretz": İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq

İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq. "Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanı

4 iyul
.

Əraqçi: İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək

ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına verdiyi açıqlamada bildirib. "Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə

1 mart
.

Rusiya ABŞ-nin Zaporojye AES-lə bağlı təklifini rədd edib

Rəsmi Moskva Vaşinqtonun Ukraynadakı münaqişəni həll etmək üçün Zaporojye Atom Elektrik Stansiyasını ABŞ-ın nəzarətinə keçirmək təklifinə qarşı çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Amerikanın təklifinə görə, ABŞ Zaporojye AES-ə nəzarə

8 fevral
.

Braziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb

Braziliyanın Olinda şəhərinin çimərliyində 13 yaşlı yeniyetmə köpəkbalığı dişləməsi nəticəsində həlak olub. "Report" xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb. Agentliyin yazdığına görə, oğlan dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunu

1 fevral
.

Ursula fon der Lyayen Avropanın qarşılıqlı müdafiəsi ideyasını həyata keçirməyə çağırıb

Avropa İttifaqı (Aİ) üçün qarşılıqlı müdafiə könüllü məsələ deyil, kollektiv öhdəlikdir. "Report" xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında deyib. "2025-ci ildə Avropada müdafiə xərcləri Ukraynadakı müharibədən əvvəlki səviyy

15 fevral
.

Tehrandan Ağ Evin tələblərinə sərt reaksiya: İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcək

İran hələ ABŞ ilə növbəti danışıqlar raunduna razılıq verməyib. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Trampın İrana qarşı dəniz blokadası elan etməsi və həddindən artıq tələbləri səbəbindən İran hələ də növbəti danışıqlar raunduna razılı

18 aprel