Rusiya-Ukrayna müharibəsində yeni gərginlik - Avropa Putinə qarşı hərəkətə keçir

Rusiya-Ukrayna müharibəsində yeni gərginlik - Avropa Putinə qarşı hərəkətə keçirUkraynanın Krım körpüsünə endirdiyi zərbə Rusiya-Ukrayna müharibəsində hərbi əməliyyatlarla yanaşı, diplomatik mübarizənin də yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə hücumun ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin görüşü ərəfəsində həyata keçirilməsi diqqət çəkir. Britaniyanın nüfuzlu "The Times" nəşri yazır ki, Kiyev bu əməliyyatla Putini dünya liderləri qarşısında zəif göstərməyi və onun əsas strateji obyektlərini belə qoruya bilmədiyi mesajını verməyi hədəfləyib. Digər tərəfdən, ABŞ-ın vasitəçiliyi ilə aparılan Rusiya-Ukrayna danışıqlarında ərazi məsələsi və Ukraynanın gələcək təhlükəsizlik təminatları ilə bağlı fikir ayrılıqları hələ də aradan qalxmayıb. Bəs Krım körpüsünə hücum sülh danışıqlarının gedişinə necə təsir göstərəcək?

Trampın Putin və Si Cinpinlə görüşü müharibənin dayandırılması istiqamətində real nəticə verə biləcəkmi? Britaniyanın "Reuters" agentliyinin məlumatına görə, Ukraynanın Krım körpüsünə hücumu Putinin Çin və ABŞ liderləri ilə görüşü ərəfəsində Rusiyaya həm hərbi, həm də simvolik zərbə olub. Nəşr qeyd edir ki, körpünün mərkəzi avtomobil yolu hissəsinin dağılması Rusiyanın işğal altındakı Krımla əlaqəsi baxımından mühüm hadisədir. Eyni zamanda, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın infrastrukturuna davamlı hücumlarına cavab olaraq bu əməliyyatın həyata keçirildiyini bildirib. Avropa rəsmilərinin açıqlamaları isə sülh danışıqları ətrafında ciddi fikir ayrılıqlarının qaldığını göstərir. Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, atəşkəs əldə olunmadan Rusiya ilə Avropanın təhlükəsizlik arxitekturasını müzakirə etmək düzgün deyil. Onun sözlərinə görə, Moskva müharibəni davam etdirdiyi halda güzəştlər etməlidir.

Litvanın xarici işlər naziri Kestutis Budris də Rusiyanın təklif etdiyi təhlükəsizlik müzakirələrinin Moskvanın maraqlarına xidmət edə biləcəyi barədə xəbərdarlıq edib. Almaniyanın müdafiə naziri Boris Pistorius isə Rusiyanın Ukraynanın enerji, su və istilik infrastrukturlarına hücumlarını sərt tənqid edərək bunu terror xarakterli zərbələr kimi qiymətləndirib. Böyük Britaniyanın müdafiə naziri Ves Stritinq isə Ukraynanın Rusiya hərbi infrastrukturuna zərbələrinin Putinin müharibə aparmaq imkanlarını zəiflətdiyini və insanların həyatını xilas etməyə kömək etdiyini bildirib. "Politico" nəşrinin Avropa rəsmilərinə istinadən yaydığı məlumata görə, Avropada Putinin həqiqətən müharibəni bitirmək niyyətində olduğuna dair ciddi şübhələr var. Rəsmilər Vaşinqtonun Brüsselin iştirakı olmadan Moskva ilə razılığa gələ biləcəyindən də narahatdırlar.

Nəşrə danışan Avropa Xarici Əlaqələr Şurasının təmsilçisi Fredrik Veslau bildirib ki, Putin hazırda atəşkəs və sülhdən daha çox müharibəni davam etdirməyin ona fayda verəcəyini düşünür. Bütün bunlar fonunda Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinin necə nəticələnəcəyi, Avropa ölkələrinin prosesdə hansı rolu oynayacağı və Trampın Moskva ilə Kiyev arasında razılaşma əldə edə biləcəyi əsas müzakirə mövzularından birinə çevrilib.
Rusiya-Ukrayna müharibəsində yeni gərginlik - Avropa Putinə qarşı hərəkətə keçirMövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, Trampın prezidentliyi dövründə ABŞ tərəfindən Ukraynaya başlayan təzyiq sözsüz ki, Trampla da sona çatacaq və bunu da hamı kimi Ukraynada da bilirlər. Ona görə də ABŞ-ın vasitəçiliyi ilə ABŞ, Rusiya, Ukrayna danışıqlarına Ukrayna tərəfi sadəcə olaraq imtina edilməsi mümkün olmayan "maraqlı" platforma kimi yanaşır, Rusiya tərəfi isə hətta nüvə təhdidini də istisna etmədən bu müddətdən maksimum istifadə etməyə çalışır. Belə ki, Rusiya tərəfi bütün vasitələrlə təzyiqi artıraraq işğal etdiyi əraziləri əlində saxlamaqla Ukraynanı təslimçiliyə məcbur etmək yollarını aramaqdadir. Çin Xalq Respublikasında gözlənilən Si Çinpin, Tramp, Putin üçtərəfli görüşündə də Rusiya ciddi nəticələr əldə etməyə çalışacaq və bunun üçün hətta ABŞ ilə hansısa iqtisadi razılığa gəlindi və ya hansısa alver baş tutdu görüntüsü yaratmağa çalışacaqlar, bu görüşdə ən zəif tərəf məncə ABŞ-dir.

Hətta belə bir ifadə işlətməkdən çəkinməzdim ki, Trampın əsas məqsədi gələcdə tarix üçün Putin və Si Çinpinlə birlikdə superdövlət başçılarının birgə fotoşəklinin çəkilməsi (qeydiyyatı) şousunda iştirak etməkdir. Məhz Avropa dövlətləri də bunu bildikləri üçün Ukrayna məsələsində ciddi dirəniş göstərirlər. Sözsüz ki, Ukrayna da keçirdiyi son əməliyyatlar və Krım körpüsünün vurulması ilə Putinə və bütün dünyaya göstərmək istəyir ki, heç kim Ukrayna dövləti və xalqı adından Ukraynanın taleyini həll edə bilməz.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 490   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

15 noyabr
.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

16 noyabr
.

Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbayca

16 noyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

17 noyabr
.

Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və siyasi əsasları mövcuddur. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfl

16 noyabr
.

Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Artıq Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından aza

16 noyabr
.

Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu siyasətin mühüm nəticələrindən biri olmaqla, iki ölkə arasında münasibətlərin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsini ifadə edir. 2026-cı il noyabrı

16 noyabr
.

Yeni Azərbaycan Partiyası: Tarixi missiyadan müasir dövlətçilik strategiyasına uzanan siyasi yol

Azərbaycanın müstəqillik tarixində Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin gələcək siyasi inkişafına istiqamət verən mühüm hadisələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır. 1992-ci il noyabrın 21-də yaradılan bu siyasi təşkilatın meydana çıxması təsadüfi proses deyil, Azərbaycanın müstəqilliyini

17 noyabr
.

Yeni Azərbaycan Partiyası: Müstəqil dövlətçilik tariximizin siyasi dayağı və milli inkişaf strategiyasının təməli

Azərbaycanın müasir dövlətçilik tarixində Yeni Azərbaycan Partiyasının yaradılması mühüm siyasi hadisə olmaqla yanaşı, xalqın mürəkkəb tarixi şəraitdə nümayiş etdirdiyi milli iradənin, siyasi uzaqgörənliyin və güclü dövlət qurmaq istəyinin təcəssümüdür. 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbayca

17 noyabr