YAP - dünənin, bu günün və sabahın partiyasıdır

YAP - dünənin, bu günün və sabahın partiyasıdır1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı.
Belə çətin və ağır vaxtlarda respublikada yeni siyasi düşüncəli, dövlət quruculuğunu və idarəetməçiliyi mükəmməl bacaran, yeni sosial təbəqənin maraqlarını ifadə edən və o zaman ki, çox səriştəsiz hakimiyyətə qarşı müqavimət göstərə biləcək yeni bir təcrübəli komandanın və ictimai-siyasi bir peşəkar təşkilatın formalaşmasına ehtiyac yarandı.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı "Səs" qəzeti vasitəsilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Ümummilli liderimiz xalqın çağırışına səs verdi və nəhayət, 1992-ci il 21 noyabr günü Azərbaycanın yeni müasir ictimai-siyasi dövrünün ən əlamətdar və ən önəmli və unudulmaz təqvimlərindən biri kimi tarixə düşdü. Naxçıvanda təsis konfransı keçirilərək Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev YAP-ın sədri seçildi.
Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biri kimi yaddaşlara həkk oldu.
Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərinin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılması və ümumiyyətlə bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlandı və həyata keçirilməsi başladı. Azərbaycanın çətin və ağır dövründə hakimiyyətə qayıdan Heydər Əliyev həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək müstəqil Azərbaycan dövlətinin BANİSİ və QURUCUSUNA çevrildi.
Demək olar ki, bu gün Azərbaycanın bütün uğurlarında YAP-ın böyük rolu var. Partiyanın prezident, parlament, bələdiyyə kimi seçkilərdə qazanılan bütün qələbələri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan etibar və güvəninin bariz nümunəsidir. Xalq öz liderinə inanır və liderin də xalqa olan inamı günü-gündən artır.
2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP sədrinin birinci müavini, İlham Əliyev prezident, daha sonra YAP-ın 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında yekdilliklə YAP-ın sədri seçildi.
2026-cı il oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. Ölkənin bütün regionlarını və sosial təbəqələrini əhatə edən 800 mindən artıq partiya üzvünü təmsil edən qurultay nümayəndələri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev böyük etimad göstərilərək onu yenidən Yeni Azərbaycan Partiyasının sədri seçdilər. Qurultaydakı çıxışında ölkə başçısı bildirib ki: "Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var".
Sonda mən, öz növbəmdə Yeni Azərbaycan Partiyasının veteranı kimi bütün YAP üzvlərini və İlham Əliyev kimi liderimizlə dinc və firavan gələcəyə inanan və irəliləyən Azərbaycan xalqını YAP-ın yaradılmasının 35-ci ildönümü münasibətilə təbrik edirəm.

İsrafil Kərimov - YAP veteranı, AJB-nin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 263   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

17 noyabr
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

15 noyabr
.

Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

17 noyabr
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

15 noyabr
.

Yeni Azərbaycan Partiyası: Tarixi missiyadan müasir dövlətçilik strategiyasına uzanan siyasi yol

Azərbaycanın müstəqillik tarixində Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin gələcək siyasi inkişafına istiqamət verən mühüm hadisələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır. 1992-ci il noyabrın 21-də yaradılan bu siyasi təşkilatın meydana çıxması təsadüfi proses deyil, Azərbaycanın müstəqilliyini

17 noyabr
.

İmzalanan Bəyannamə dünya üçün sülh niyyətini ifadə edən sənəddir

"Dünyanın əksər dövlətləri Azərbaycanın xarici siyasətini dəstəkləyir, bəşəri bir dövlət olduğu üçün Azərbaycanla əlaqələri müxtəlif istiqamətlərdə genişləndirirlər. Bu əlaqələr qarşılıqlı etimad, qarşılıqlı inam əsasında daha da möhkəmlənməkdədir". Bu fikirləri -a açıqlamasında tarixçi Abbasağ

17 noyabr
.

YAP - cəmiyyətin aparıcı qüvvəsi

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli

16 noyabr
.

Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü

16 noyabr
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

16 noyabr