YAP - cəmiyyətin aparıcı qüvvəsi

YAP - cəmiyyətin aparıcı qüvvəsiNoyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir.
Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqillik tariximizin ən çətin dövrlərindən idi. Həmin müddətdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, daxildə hakimiyyət uğrunda mübarizənin aparılması, ölkənin faktiki olaraq parçalanmaq vəziyyətində olması cəmi bir il əvvəl müstəqilliyini bərpa edən dövlətimizin süqutu ilə nəticələnə bilərdi. Regionumuzdan uzaqda yerləşən və qonşuluqda olan dövlətlərin Azərbaycanın təbii zənginliklərinə göz dikməsi, ölkənin yerləşdiyi əlverişli coğrafi mövqe - Avrasiyanın orta xəttinin qapısı uğrunda ciddi mübarizənin başlanması ilə nəticələndi. Belə gərgin daxili və beynəlxalq proseslər fonunda Azərbaycan dərin xaos və anarxiya içində idi.
Müstəqilliklə bərabər, həm də əzab, problemlər qazanan, buna görə də lider və sabitlik axtarışında olan xalq başa düşürdü ki, onu bu bəlalardan ancaq Ümummilli Lider Heydər Əliyev xilas edə bilər. Nəhayət, 1992-ci il oktyabrın 16-da bir qrup ziyalı yeni siyasi partiyanın qurulması xahişi ilə Ulu Öndər Heydər Əliyevə müraciət edir. "91-lər"in müraciəti, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Lakin onun Bakıya gəlməsinə ozamankı hakimiyyətin maneələr törətməsi ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Yeni Azərbaycan Partiyası ilk gündən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi kimi prinsipləri qarşısına vacib məqsəd kimi qoymuşdur. Partiya proqramının əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş oldu. YAP qısa zamanda ümumxalq partiyasına çevrildi.
Ulu Öndərin hakimiyyətə gəlişindən sonra uğurlu daxili və xarici siyasətin, həmçinin gələcək onillikləri hədəfləyən yeni strateji kursun müəyyən olunması ölkədə möhkəm xalq-dövlət birliyinin əsasını qoydu. Bunun da bariz nümunəsidir ki, 1993-cü ilin oktyabrından etibarən bütün prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası daim səs çoxluğu ilə qalib gələn partiya kimi tarixə düşdü.
Ümummilli Liderin Bakıya qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsi, separatizm, erməni işğalının coğrafiyasının genişlənməsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdləri iflasa uğradı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Cəmiyyətdə dövlətimizin və müstəqilliyimizin yenilməzliyi ilə bağlı mütləq əminlik yarandı.
Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət bütün məqsədlərini reallaşdırmağa qadirdir. Bu məqam YAP-ın proqramında da əksini tapdı. Partiya ölkənin iqtisadi inkişafını və sosial islahatları sürətləndirən kursun hazırlanmasında fəal iştirak etdi.
15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi ilə xalqımızın və partiyamızın həyatında yeni mərhələ başlandı. 2005-ci il martın 26-da keçirilən YAP-ın III Qurultayında Prezident İlham Əliyevin partiyaya sədr seçilməsi ilə YAP-ın ictimai dayaqları daha da gücləndi.
Prezident İlham Əliyevin 23 illik fəaliyyəti dövründə onilliklərə bərabər sürətli inkişaf yolu keçən Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə doğru inamla irəliləyib və bunlara nail olub. Dövlət başçısı hələ 2003-cü ildə seçkiqabağı çıxışları zamanı irəli sürdüyü "Əsl siyasət - konkret real iş görməkdən ibarətdir" tezisini də tam reallaşdırıb.
Hakimiyyətin, o cümlədən onun siyasi istinadgahı olan YAP-ın ən böyük nailiyyəti isə şübhəsiz ki, Vətən savaşında əldə olunan tarixi zəfərdir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti və liderlik keyfiyyətləri sayəsində ölkəmiz Qarabağ probleminin ədalətli həllinə nail olaraq yeni geosiyasi reallıq yaradıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyasını, dahi intellektini bir daha təsdiqləyib. Son 200 il ərzində ilk dəfə olaraq Azərbaycan qələbə qazandı, II Dünya müharibəsindən sonra isə hərbi əməliyyatlar nəticəsində ərazilərini işğaldan azad edən ilk dövlət kimi tarixə düşdü. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Prezident İlham Əliyevin regional və qlobal miqyasda nüfuzunu daha da artırıb, dünyanın ən uğurlu liderləri sırasında yer almasını təmin edib.
Prezident İlham Əliyevin başçılığı altında hazırda ölkəmiz işğaldan azad edilmiş rayonlarda quruculuq, bərpa və abadlıq işlərini sürətləndirir. Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə bölgədə mövcud olan status-kvo ləğv edildi, Azərbaycanın rəhbərliyi ilə Qafqaz bölgəsinin inkişafında yeni tarixi mərhələnin əsası qoyuldu. Postmünaqişə dövründə sülh şərtlərini diktə edən, danışıqların gündəmini müəyyən edən ölkə indi məhz Azərbaycandır. Artıq dünya birliyi bu gerçəkliyi qəbul edir ki, Azərbaycanın regionda yaratdığı geosiyasi reallıq ümumən Cənubi Qafqazın inkişafı üçün alternativsiz yoldur.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 210   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü

16 noyabr
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13 noyabr
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

16 noyabr
.

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır

"Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Sənəd Azərbaycan-Böyük Britaniya əməkdaşlığının mövcud potensialını dah

16 noyabr
.

Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi

15 noyabr
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

14 noyabr
.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16 noyabr
.

YAP - cəmiyyətin aparıcı qüvvəsi

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli

16 noyabr
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

15 noyabr