Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİBMinaya düşərək həlak olan şəxs 2 övlad atası olub.

Oxu.az-ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var.

Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzor oğlu Əmrahov isə onun xalası oğludur.

Zərərçəkən Qazax Diaqnostika Mərkəzinin cərrahiyyə şöbəsinə yerləşdirilib, tibbi yardımlar davam etdirilir.

17:54

Ağstafa rayonunun Ceyrançöl ərazisində hərbi sursatın partlaması nəticəsində bir nəfər ölüb, digər şəxs isə xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, hadisə noyabrın 15-də baş verib. Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov və Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Sahib İzbor oğlu Əmrahov partlamamış hərbi sursata müdaxilə ediblər. Nəticədə partlayış baş verib.

Hadisə zamanı Rəsul İbrahimov aldığı xəsarətlərdən həyatını itirib. Sahib Əmrahov isə xəsarət alıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, şübhəli əşyalara toxunmamağa və partlayıcı sursatlara müdaxilə etməməyə çağırıb.

17:52

Ağstafada minaya düşərək ağır yaralanan şəxsin kimliyi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ceyrançöl ərazisində minanın partlaması nəticəsində ağır xəsarət alan şəxs 1982-ci il təvəllüdlü S.Əmrahovdur.

O, xəstəxanaya yerləşdirilib.

17:16

Ağstafada minaya düşərək həlak olan şəxs qohumlarının yanına qonaq gedibmiş.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ağstafa rayonunun Ceyrançöl ərazisində minaya düşərək həlak olan Rəsul Şahin oğlu Məmmədov Qazax rayonunun Ürkməzli kəndindəndir. O, Ağstafaya əmisi oğlunun yanına qonaq gedibmiş.

Onların hansı şəraitdə minaya düşdükləri hələlik dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

17:02

Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.

Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 742   Tarix: 15 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021