Əhaliyə hava XƏBƏRDARLIĞI - Sel və daşqın olacaq

Əhaliyə hava XƏBƏRDARLIĞI - Sel və daşqın olacaqFövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

FHN bu səbəbdən müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb:

"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 767   Tarix: 14 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

14 noyabr
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

14 noyabr
.

Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib

Abşeronun Masazır qəsəbəsində motosiklet məktəblini vurub. "Qafqazinfo" xəbər verir ki, hadisə anının görüntülərü sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, motosiklet sürücüsü məktəblini qəsdən vurub. İnsidentlə bağlı ərazi polis şöbəsi tərəfindən araşdırma aparılır. *. Əldə etdiyimiz məlumat

13 noyabr
.

22° isti... - Sabahın havası

Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 ist

13 noyabr
.

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artaraq 50.17 dollar təşkil edib

13 noyabr
.

"Qızıl Qaya" restoranın kababında təhlükəli bakteriya aşkarlandı (FOTO)

Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında aparılan yoxlamalar zamanı bir sıra mikrobioloji uyğunsuzluqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, restoranda zəhərlənmə şübhəsi ilə bağl

13 noyabr
.

Hamilə qadının bıçaqlanmasından danışdılar - "Sürüyə-sürüyə çıxardıq"+Video

Xəbər verdiyimiz kimi, Tovuzda 24 yaşlı hamilə qadın qardaşı tərəfindən bıçaqlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ilə bağlı şahidlər danışıb. "Qardaşı gəldi kafeyə, mətbəxə tərəf getdi. Orda bacısını bıçaqladı və getdi", - deyə hadisə şahidlərindn biri olan Əfsanə Məmmədov

14 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əməkhaqqı sistemində yeni dəyişikliklərin tətbiqi nəzərdə tutulur. Belə ki, 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı mexanizminin tətbiqi təklif edilir. Yeni sistemin ilkin mərhələdə kənd təsərrüfatı və ictimai iaşə sahələrini əhatə etməsi gözlənilir. Təklif

13 noyabr
.

Ölkədə bir şagirdə 1700 manat xərclənir

"Ölkədə bir şagirdə düşən xərc orta hesabla 1700 manatdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

13 noyabr