Binaların idarə edilməsində ciddi problemlər: Sakinlərin ödədiyi vəsaitlərə kim nəzarət edir?
Yaşayış komplekslərinin idarə olunmasında sakinlərdən toplanan kommunal və xidmət haqlarının necə xərclənməsi, maliyyə hesabatlarının aparılması və rəhbər şəxslərin məsuliyyəti məsələsi aktuallıq daşıyır. Bəzi hallarda sakinlər ödədikləri vəsaitlərin təyinatı, xərclərin bölgüsü və idarəetmə qərarları barədə kifayət qədər məlumat əldə edə bilmirlər. Bu baxımdan yaşayış komplekslərinin fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi, müntəzəm maliyyə hesabatlılığının təmin olunması və qanun pozuntularına yol verən rəhbər şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi müzakirə olunur.
Bəs, yaşayış komplekslərinin idarə edilməsində şəffaflığı təmin etmək üçün hansı dövlət nəzarəti mexanizmləri tətbiq olunmalıdır? Sakinlərdən toplanan vəsaitlərin istifadəsi üzrə maliyyə hesabatlarının məcburi aparılması və rəhbər şəxslərin məsuliyyətinin artırılması mümkündürmü?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, son illər çoxmənzilli yeni tikili binalarda tez-tez yanğın hadisələri baş verir. Söhbət ayrı-ayrı mənzillərdə yaranan yanğınlardan deyil, əsasən ümumi elektrik xətlərində baş verən qısaqapanmalar nəticəsində meydana gələn hadisələrdən gedir.
"Belə yanğınlar binaya ciddi ziyan vurmaqla yanaşı, sakinlərin təxliyəsinə də səbəb olur. Yanğın zamanı yaranan zəhərli qazlar insanların boğulması ilə nəticələnə bilir. Təəssüf ki, belə hadisələr zamanı həyatını itirənlər də olub. Bakı şəhərinin Yasamal rayonunda baş vermiş hadisə də buna nümunədir.
Bu cür halların təkrarlanması onların səbəbləri və qarşısının alınması ilə bağlı ciddi suallar yaradır. Əslində, problemin kökündə çoxmənzilli binaların idarə olunması ilə bağlı mövcud vəziyyət dayanır.
Birinci məqam ondan ibarətdir ki, çoxmənzilli bina tikinti şirkəti tərəfindən inşa edilib başa çatdırıldıqdan sonra onun idarəçiliyi sakinlərə keçməlidir. Mülkiyyətçilər bir araya gələrək müştərək cəmiyyət yaratmalı və binanın idarə edilməsini öz üzərlərinə götürməlidirlər. Lakin mövcud vəziyyət fərqlidir. Ölkədə təxminən 2700 çoxmənzilli bina var və onların cəmi 5-10 faizində müştərək cəmiyyət yaradılaraq idarəetmə həyata keçirilir. Hətta müştərək cəmiyyətin yaradıldığı bəzi binalarda belə qanunsuz idarəetmə halları müşahidə olunur.
Faktiki olaraq, çoxmənzilli binaların idarə edilməsində ciddi problemlər mövcuddur. Böyük həcmdə vəsait toplanmasına baxmayaraq, həmin pulların lazımi istiqamətlərə xərclənməsinə nəzarət təmin edilmir, idarəetmə prosesində məsuliyyət məsələsi də açıq qalır. Bu sahə, ümumilikdə, dövlət nəzarətindən kənarda qalmış istiqamətlərdən biridir. Müşahidələr göstərir ki, sektorda ciddi islahatların aparılmasına ehtiyac var.
Nərimanov rayonunun Əliyar Əliyev küçəsində yerləşən "Kosmos" yaşayış kompleksində baş verən yanğın da bu baxımdan bir sıra suallar yaradır. Həmin kompleksdə müştərək cəmiyyət yaradılsa da, idarəetməni həyata keçirən işçi heyətinin ixtisaslı şəxslərdən formalaşdırılıb-formalaşdırılmadığı şübhə doğurur. Eyni zamanda, 900 mənzildən və qeyri-yaşayış sahələrindən hər ay toplanan külli miqdarda vəsaitin hara xərcləndiyi sual altındadır. Bu qədər vəsaitin toplandığı kompleksdə yanğın hadisəsinin baş verməsi idarəetmənin və təhlükəsizlik tədbirlərinin nə dərəcədə düzgün təşkil olunduğunu araşdırmağı zəruri edir. Toplanan vəsaitlə bağlı müvafiq hesabatların aparılıb-aparılmadığı da aydınlaşdırılmalıdır.
Təcrübə göstərir ki, yaşayış komplekslərində toplanan vəsaitlərlə bağlı mülkiyyətçilərə mütəmadi hesabat təqdim olunmur. Bununla yanaşı, bəzən zərurəti aydın olmayan xidmətlər əlavə edilir, tariflər müəyyən və şəffaf əsaslarla formalaşdırılmadan vətəndaşlardan məcburi şəkildə ödəniş tələb olunur.
Nəticədə ölkə üzrə yaşayış komplekslərində böyük həcmdə vəsait toplanır, lakin həmin vəsaitlərin xərclənməsi ilə bağlı nə dövlət qurumları tərəfindən ciddi nəzarət həyata keçirilir, nə də mülkiyyətçilərə müvafiq hesabat verilir. Hesab edirəm ki, artıq bu problemlərin aradan qaldırılmasının, çoxmənzilli binaların idarə olunmasında şəffaflığın və məsuliyyətin təmin edilməsinin vaxtı çatıb".
Röyalə Xəyal

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
"Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar
Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto
Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər
Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib
Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb
Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti
MİQ-dən keçə bilməyənlər repetitorluq edir: Şagirdlərin təhsil keyfiyyətinə kim nəzarət edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi
Avropa Siyasi Birliyinin sammiti yeni geosiyasi reallıqlar fonunda: Azərbaycanın artan strateji çəkisi və diplomatik imkanları