Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda əməkhaqqı sistemində yeni dəyişikliklərin tətbiqi nəzərdə tutulur. Belə ki, 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı mexanizminin tətbiqi təklif edilir. Yeni sistemin ilkin mərhələdə kənd təsərrüfatı və ictimai iaşə sahələrini əhatə etməsi gözlənilir. Təklifə əsasən, bir aydan az müddətə əmək müqaviləsi bağlanan və ya həftəlik iş vaxtı 20 saatdan çox olmayan işlərdə əməkhaqqı saat hesabı ilə müəyyən ediləcək. Yeni mexanizmin mövsümi və natamam iş rejimində çalışan şəxslərin əmək bazarına çıxışını asanlaşdıracağı, tələbələr, pensiyaçılar və azyaşlı uşaqları olan valideynlər üçün əlavə məşğulluq imkanları yaradacağı bildirilir. Bununla yanaşı, saatlıq əməkhaqqı sisteminin tətbiqi işəgötürənlər tərəfindən sui-istifadə hallarına, gəlirlərin qeyri-sabitliyinə və işçilərin sosial təminatına dair müəyyən suallar da yaradır.

Bəs yeni sistemin vətəndaşlar və işəgötürənlər üçün müsbət və mənfi tərəfləri nələr olacaq? Saatlıq əməkhaqqı işçilərin gəlirlərinə və əmək hüquqlarına necə təsir göstərəcək?
Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, saatlıq əməkhaqqı sisteminə keçidin həm müsbət, həm də mənfi tərəfləri ola bilər. Onun sözlərinə görə, bu sistemin əsas üstünlüyü ondan ibarətdir ki, işçinin əməkhaqqı faktiki işlədiyi vaxta uyğun hesablanır: "Yəni insan neçə saat işləyirsə, onun müqabilində ödəniş alır. Bu, xüsusilə natamam iş vaxtı ilə çalışanlar, tələbələr, mövsümi işçilər və əlavə iş axtaran şəxslər üçün müəyyən imkanlar yarada bilər. Eyni zamanda, işəgötürənlər üçün də əməkhaqqının hesablanmasını daha çevik edir. İş vaxtından artıq işləyənlərin əməyinin düzgün uçota alınmasına şərait yarada bilər.

Lakin bu sistemin müəyyən riskləri də var. Əgər saatlıq əməkhaqqının minimum həddi yaşayış xərclərinə uyğun müəyyən edilməsə, işçinin aylıq gəliri azala bilər. Məsələn, əvvəl tam ştatla işləyərək sabit aylıq maaş alan şəxs iş saatlarının azalması nəticəsində daha az gəlir əldə edə bilər. Digər tərəfdən, bəzi işəgötürənlər əməkhaqqı xərclərini azaltmaq üçün işçilərin iş saatlarını süni şəkildə məhdudlaşdıra bilərlər. Bu da gəlirlərin qeyri-sabitliyinə səbəb ola bilər.

Məncə, saatlıq əməkhaqqı sisteminə keçiddə ən vacib məsələ işçilərin sosial müdafiəsinin qorunmasıdır. Saatlıq tarif elə müəyyənləşdirilməlidir ki, normal iş vaxtı ərzində çalışan şəxsin aylıq gəliri onun əvvəlki əməkhaqqısından əsassız şəkildə aşağı düşməsin. Həmçinin iş vaxtının dəqiq elektron uçotu aparılmalı, əlavə iş saatlarına görə ödənişlər təmin edilməli və işəgötürənlərin sui-istifadə hallarının qarşısı alınmalıdır. Əslində, saatlıq əməkhaqqı sistemi özü-özlüyündə nə işçinin gəlirinin artmasına, nə də azalmasına zəmanət verir. Nəticə sistemin necə qurulmasından, minimum saatlıq tarifin hansı səviyyədə müəyyən edilməsindən və əmək qanunvericiliyinə nə dərəcədə əməl olunmasından asılı olacaq".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 638   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

14 noyabr
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

14 noyabr
.

Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib

Abşeronun Masazır qəsəbəsində motosiklet məktəblini vurub. "Qafqazinfo" xəbər verir ki, hadisə anının görüntülərü sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, motosiklet sürücüsü məktəblini qəsdən vurub. İnsidentlə bağlı ərazi polis şöbəsi tərəfindən araşdırma aparılır. *. Əldə etdiyimiz məlumat

13 noyabr
.

22° isti... - Sabahın havası

Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 ist

13 noyabr
.

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artaraq 50.17 dollar təşkil edib

13 noyabr
.

"Qızıl Qaya" restoranın kababında təhlükəli bakteriya aşkarlandı (FOTO)

Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında aparılan yoxlamalar zamanı bir sıra mikrobioloji uyğunsuzluqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, restoranda zəhərlənmə şübhəsi ilə bağl

13 noyabr
.

Hamilə qadının bıçaqlanmasından danışdılar - "Sürüyə-sürüyə çıxardıq"+Video

Xəbər verdiyimiz kimi, Tovuzda 24 yaşlı hamilə qadın qardaşı tərəfindən bıçaqlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ilə bağlı şahidlər danışıb. "Qardaşı gəldi kafeyə, mətbəxə tərəf getdi. Orda bacısını bıçaqladı və getdi", - deyə hadisə şahidlərindn biri olan Əfsanə Məmmədov

14 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əməkhaqqı sistemində yeni dəyişikliklərin tətbiqi nəzərdə tutulur. Belə ki, 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı mexanizminin tətbiqi təklif edilir. Yeni sistemin ilkin mərhələdə kənd təsərrüfatı və ictimai iaşə sahələrini əhatə etməsi gözlənilir. Təklif

13 noyabr
.

Ölkədə bir şagirdə 1700 manat xərclənir

"Ölkədə bir şagirdə düşən xərc orta hesabla 1700 manatdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

13 noyabr