İmzalanan Bəyannamə dünya üçün sülh niyyətini ifadə edən sənəddir

İmzalanan Bəyannamə dünya üçün sülh niyyətini ifadə edən sənəddir"Dünyanın əksər dövlətləri Azərbaycanın xarici siyasətini dəstəkləyir, bəşəri bir dövlət olduğu üçün Azərbaycanla əlaqələri müxtəlif istiqamətlərdə genişləndirirlər. Bu əlaqələr qarşılıqlı etimad, qarşılıqlı inam əsasında daha da möhkəmlənməkdədir".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında tarixçi Abbasağa Səmədov bildirib.

"Azərbaycanla Şimali İrlandiya arasında ikitərəfli münasibətlər Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan az sonra yaranmağa, şaxələnməyə, möhkəmlənməyə başlayıb. Bu iki dövlət arasında 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdı. Bu Bəyannamə sonrakı münasibətlərin siyasi üfüqlərinin genişlənməsinin zəmanəti olmuşdu. 1998-ci il iyulun 21-də imzalanan Dostluq Münasibətləri və Tərəfadşlıq haqqında Birgə Bəyannamə də bunun nəticəsidir.

Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri cənab Endi Börnhem tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" də bu sənədlərə əsaslanır. Bu Bəyannamə Azərbaycanın da, Böyük Britaniya və Şimali İrlandiyanın da Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə, normalarına, başlıca olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiq qalacağının sənədidir.

2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti qeyd edilən bu Bəyannamədə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində həyata keçirilən sonrakı sülh təşəbbüsləri də qeyd olunur, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyi bir daha təsdiqlənir, hər iki tərəfin davamlı tərəfdaşlığın etimad, səmimilik və güclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıdığı bildirilir.

Belə qarşılıqlı münasibətlər, belə münasibətlərə əsaslanan və siyasi sənəd olmaq etibarilə imzalanan Bəyannamələr dövlətlərarası münasibətlər sistemində həmişə mühüm əhəmiyyətə malik olur. Bu baxımdan birgə Bəyannamələr birgə fəaliyyət istiqamətləri müəyyənləşdirir. Son dövrün ən həssas siyasi hadisələri, etiraf edilməlidir ki, qarşılıqlı etimadsızlıqla başlayan, bunun nəticəsi kimi silahla davam etdirilən münasibətlərə səbəb olan hadisələrdir. Bu səbəbdən dövlətlərarası münasibətlər qarşılıqlı müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlıq şərtlərini diktə edir. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də bu baxımdan diqqəti çəkir.

Bəyannamədə bildirilir ki, iştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edir. Bəyannamədə, həmçinin, yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalınacağı, qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdiriləcəyi də öz əksini tapıb. Çoxşaxəli bu sənəddə iştirakçıların təlim potensialını artıracağı, qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığının inkişaf etdiriləcəyi, qarşılıqlı maraq doğuracaq sahələrdə birgə təşəbbüslər də daxil olmaqla, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracağı da nəzərdə tutulur...

Ticarət, investisiya və artım sahəsində də əlaqələrin genişlənəcəyi bildirilən birgə Bəyannamə mahiyyəti baxımından sosial həyatın əksər sahələrini əhatə edir. Belə ki, bu mühüm sənəddə bildirilir ki, bacarıqların inkişafına, şəffaflıq və inklüziv artıma diqqət yetiriləcək, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə də rəqəmsallaşdırma, inkişafda olan texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlıq edən universitetlər, tədqiqat institutları və sənayeləri arasında tərəfdaşlıq da daxil olmaqla, tədqiqat, innovasiya və texnoloji əməkdaşlıq inkişaf ertdiriləcəkdir. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə dünya üçün sülh niyyətini ifadə edən sənəd kimi tarixləşdi".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 264   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

17 noyabr
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

15 noyabr
.

Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

17 noyabr
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

15 noyabr
.

Yeni Azərbaycan Partiyası: Tarixi missiyadan müasir dövlətçilik strategiyasına uzanan siyasi yol

Azərbaycanın müstəqillik tarixində Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin gələcək siyasi inkişafına istiqamət verən mühüm hadisələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır. 1992-ci il noyabrın 21-də yaradılan bu siyasi təşkilatın meydana çıxması təsadüfi proses deyil, Azərbaycanın müstəqilliyini

17 noyabr
.

İmzalanan Bəyannamə dünya üçün sülh niyyətini ifadə edən sənəddir

"Dünyanın əksər dövlətləri Azərbaycanın xarici siyasətini dəstəkləyir, bəşəri bir dövlət olduğu üçün Azərbaycanla əlaqələri müxtəlif istiqamətlərdə genişləndirirlər. Bu əlaqələr qarşılıqlı etimad, qarşılıqlı inam əsasında daha da möhkəmlənməkdədir". Bu fikirləri -a açıqlamasında tarixçi Abbasağ

17 noyabr
.

YAP - cəmiyyətin aparıcı qüvvəsi

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli

16 noyabr
.

Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü

16 noyabr
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

16 noyabr