Vəfat edən şəxsin pensiya kapitalı niyə ailəsinə verilmir? - İQTİSADÇIDAN AÇIQLAMA
İnsanlar uzun illər çalışaraq əməkhaqlarından sosial sığorta haqları ödəyir və gələcək pensiya təminatları üçün fərdi hesablarında pensiya kapitalı formalaşdırırlar. Lakin şəxs pensiyaya çıxdıqdan sonra vəfat etdikdə onun illərlə topladığı vəsaitin taleyi məsələsi gündəmə gəlir. Bir sıra ölkələrdə pensiya sisteminin növündən asılı olaraq vəfat etmiş şəxsin hesabında qalan pensiya yığımlarının müəyyən hissəsi varislərinə ötürülür. Azərbaycanda isə pensiya kapitalının sığorta və yığım hissələri üzrə fərqli qaydalar tətbiq olunur. Xüsusilə sığorta hissəsində toplanmış vəsaitin vərəsələrə birdəfəlik ödənilməməsi bu məsələnin yenidən müzakirəsini aktuallaşdırır.
Bəs vətəndaşın illərlə formalaşdırdığı pensiya kapitalının istifadə olunmamış hissəsinin ailəsinə verilməsi nə dərəcədə məqsədəuyğundur? Azərbaycanda bu istiqamətdə qanunvericilikdə dəyişiklik edilməsinə ehtiyac varmı?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, əslində, burada pensiya kapitalı ilə pensiya yığımını fərqləndirmək lazımdır. Azərbaycanda pensiya kapitalı şəxsin fərdi hesabında qeydə alınır və həmin vəsait adi bank əmanəti kimi miras qalmır. Çünki bu kapitalın əsas təyinatı vətəndaşın gələcək pensiya təminatını formalaşdırmaqdır. Şəxs vəfat etdikdə isə onun pensiya hüququ və fərdi hesabındakı kapitalın taleyi qanunvericiliyin müəyyən etdiyi qaydalarla tənzimlənir. Mən hesab edirəm ki, bu məsələyə yenidən baxılmasına ehtiyac var. Vətəndaş uzun illər işləyərək əməkhaqqından sosial sığorta ödənişləri hesabına pensiya kapitalı formalaşdırırsa, onun vəfatından sonra həmin vəsaitin ailəsinə müəyyən formada qaytarılması ədalətli yanaşma ola bilər. Xüsusilə pensiyaya yeni çıxmış və ya pensiya yaşına çatmadan vəfat etmiş şəxslərin ailələri üçün belə mexanizm sosial müdafiə baxımından əhəmiyyətlidir.
Bununla belə, dövlət pensiya sisteminin maliyyə dayanıqlılığı da nəzərə alınmalıdır. Ona görə də bütün kapitalın birdəfəlik qaytarılması deyil, ailə üzvlərinə müəyyən şərtlərlə ödəniş edilməsi kimi alternativ mexanizmlər müzakirə oluna bilər.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Qüvvədə olan qanun
5 noyabrBu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar
16 noyabrBaytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör
5 noyabrAzərbaycanda emal sənayesi 3 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın emal sənayesində 18 milyard 995,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur. Ema
13 noyabrXəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
9 noyabrQızıl bazarında son vəziyyət
5 noyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda qızılın 1 unsiyasının dəyəri 6 720.5420 manat, 1 qramının rəsmi qiyməti isə 216.07 manat təşkil edib. Müvafiq olaraq, 99 əyyarlı təmiz qızılın 1 qramı 216.07 manat, 750 əyyarlı İtalyan qızılını
5 noyabrAzərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,6 %
13 noyabrQızıl və gümüş bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib
9 noyabr