"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasında ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir:
"Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər".
Mövzu ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Elman Məmmədov bildirib ki, sülhməramlılar qeyri-qanuni separatçılara himayədarlıq edir:
"Cənab Prezidentimiz bir neçə dəfə bu məsələylə bağlı çox ciddi və sərt mövqeyini bildirib. Hikmət Hacıyevin BBC-yə olan açıqlamasında birmənalı olaraq Rusiya sülhməramlılarının ünvanına layiqli tənqidlər edilib. Təbii ki, sülhməramlılar özbaşına deyil, mərkəzdən idarə olunurlar. Hikmət Hacıyev, onların məxsus olduğu dövlətlə yanaşı, ermənilərə havadarlıq edən digər dövlətlərə də "Qarabağ Azərbaycan ərazisidir! Bura sizə aid deyil və siz elə fikirləşməyin ki, burada daimi olacaqsınız. Sizə o səlahiyyət və ixtiyar verilmir ki, burada sülhməramlı missiyasına aid olmayan, özünüzə sərf edən qaydada fəaliyyət göstərəsiniz" mesajını verir."
Sülhməramlı adı altında bizim ərazilərimizdə yerləşən həmin hərbi kontingent haqqında müharibə qurtarandan bu günə qədər dəfələrlə bildirmişəm ki, bunlar sülhməramlı deyil, "erməniməramlı"dır. Yəni onların fəaliyyəti sülhməramlılıq missiyasına ziddir".
Deputat qeyd edib ki, sülhməramlılar Azərbaycan ərazisində bu gün də öz mövcudluğunu davam etdirən cinayətkar-separatçı quruma himayədarləq edib, onların fəaliyyət göstərməsinə kömək göstərirlər:
"Eyni zamanda onlara və Ermənistan dövlətinə məxsus olan, hazırda da Azərbaycan ərazisində qalmaqda davam edən qeyri-qanuni silahlı birləşmələrə, terror-diversant qruplarına burada qalmaq üçün şərait yaradırlar. Bu azmış kimi, onların silahlanmasına və hər cəhətdən təmin olunmasına yardım edərək, ərazilərimizdə əməkdaşlıq edirlər".
Deputatın sözlərinə görə, Hikmət Hacıyevin verdiyi mesajların əsas məqsədi bundan ibarətdir:
"Özünüzü yığışdırın! Bizim də səbrimiz sonsuz deyil və sizin qeyri-qanuni, yaramaz hərəkətlərinizə cavab verməyə hazırıq. Bu lazımsız hərəkətlərə son qoymaq lazımdır! 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya əsasən, sülhməramlılar olaraq, Azərbaycan ərazisindən separatçıları qeyd-şərtsiz çıxartmaq sizin öhdənizə düşürdü. Siz bunların heç birini etmədiniz, əksinə, onların gün-gündən dirçəlməsində yardımçı oldunuz. Sizin Azərbaycan qanunlarına hörmətsizlik edərək apardığınız siyasət göz qabağındadır. Bu nə deməkdir?! Bu, Azərbaycana qarşı hörmətsizlik və saymamazlıqdır! Necə ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və sərhədlərində möhkəmləndi, eləcə də öz ərazisindən qanunsuz silahlıları təmizləyə bilər. Ya məhv etmək, ya da ərazimizdən çıxartmaq yolu ilə!"
Rafi Müslümov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Makron istefa verdi